Doğum günün mübarək, İnqilab Şirinbəyli!

0
InShot_20250710_222941744

Bu gün Kəlbəcər kimi mətin bir yurdun oğlunun – Mingəçevirdə yaşayan, bölgə mətbuatının fəal simalarından biri, Kanal32 informasiya portalının rəhbəri, televiziya jurnalisti İnqilab Şirinbəylinin doğum günüdür!

İnqilab müəllim təkcə jurnalist deyil – o, səsi çatmayanların səsi, haqqı yeyilənlərin haqq carçısı, doğma torpaqlarımızın informasiya cəbhəsində savaşan əsgəridir. Onun qələmindən süzülən hər söz, çəkdiyi hər kadr cəmiyyətin güzgüsünə çevrilmiş, bölgə həyatını olduğu kimi əks etdirməklə yanaşı, problemlərə işıq tutmağa çalışmışdır.

Əslən Kəlbəcərli olsa da, illərdir Mingəçevir şəhərində yaşayıb-yaradan İnqilab Şirinbəyli peşəkar duruşu, dürüst və obyektiv mövqeyi, müstəqil medianın inkişafı üçün göstərdiyi fəaliyyətlə hər zaman seçilib. O, jurnalistikaya olan sevgisini təkcə peşəkar fəaliyyəti ilə deyil, eyni zamanda insanlara və cəmiyyətə olan məsuliyyəti ilə sübut edib.

Bu önəmli gündə İnqilab Şirinbəylini səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, yeni-yeni uğurlar, güclü qələm və daim açıq olan informasiya yolları arzulayırıq! Qoy hər zaman haqqın, doğrunun, ədalətin tərəfində olan səsin daha da yüksəlsin!

Yeni yaşınız mübarək, hörmətli İnqilab müəllim!
Uğurlarınız bol, yolunuz işıqlı olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir