Bir məktəbin yolu: əzm, inam və nailiyyət

0
InShot_20250701_085724545

“ Möhtəşəm qələbələr, gözəl nəticələr”. Mingəçevir şəhəri Ruslan Muradov adına texniki və humanitar fənlər liseyinin uğurları.


Mingəçevir şəhər Texniki Humanitar Liseyi 1348 şagirdi, 57 sinfi və 3 məktəbəqədər hazırlıq qrupu ilə şəhərin ən böyük lisey-məktəblərindən biridir. İki növbədə bu təhsil ocağı, həm öz ənənələri , ilbə-il artan uğurları ilə seçilir desək yanılmarıq. Bunun bariz nümunəsidə liseyin reytinq cədvəlinə görə həm 4, 6-cı siniflərin monitorinq imtahanlarında, həm də 9- 11-ci siniflərin buraxılış nəticələrinə görə Mərkəzi Aran üzrə ən yüksək nəticələr məhz liseyə məxsus olduğunu öyrəndik. Eyni zamanda, olimpiada qaliblərinin sayına görə də məktəb retintingə başçılıq edir.Bütün bu uğurlara biz də sevinirik və liseyin uğurlarını saytımız vasitəsi ilə oxucularımıza şatdırmağa özümüzə borc bildik.

Niyə də belə bir uğurları olan liseyi bütün cəmiyyət tanımasın.Liseyin direktoru Nailə xanım Məmmədova ilə həmsöhbət olduq.
İlk öncə Nailə müəllim bu təhsil ocağı və onun şagirdlərinin uğurlarından söz açdı.Qeyd etdi ki,bu il XI- sinflərdən 107, IX –sinflərdən 102 şagird buraxılış imtahanlarında iştirak edib. XI-lərin 107 məzunundan 26 məzun fərqlənmə ilə məktəbi bitirib.


Dövlət İmtahan Mərkəzi tərəfindən 9 mart 2025-ci il tarixində Xl siniflər üçün keçirilən buraxılış imtahanlarının nəticələri aşaııdakı kimidir.
Mingəçevir şəhəri Ruslan Muradov adına texniki və humanitar fənlər liseyinin 77 şagirdi imtahanda uğurla iştirak edərək aşağıdakı nəticələrə imza atdılar:


50 şagird 200 baldan yüksək nəticə göstərib
30 şagird fərqlənmə attestatına namizəddir.
3 şagird 290 baldan yüksək nəticə göstərib
Ən yüksək bal – 294 bal
Lisey üzrə ümumi orta bal – 199 bal
Liseyin Xl a – təbiət təmayüllü sinfində təhsil alan 17 şagirddən 16-sı 200 baldan yüksək nəticə göstərib. Bir şagird isə xaricdə təhsil almaq hüququ əldə edib.

3 şagirdimiz – 50-100 bal, 24 şagirdimiz isə 100-200 bal intervalında nəticə göstərib.
Nailə müəllim onu da bildirdi ki,məktəblərin reytinqinin müəyyən edilməsində lX sinif şagirdlərinin nəticələri xüsusi əhəmiyyət kəsb edir.
Nailə Məmmədova liseyi komandası olaraq çox qürurlu olduqlarını da dilə gətirdi. Çünki onlar lisey komandası olaraq ili möhtəşəm qələbələr, gözəl nəticələrlə başa vurublar. Bu uğurda lX sinif şagirdlərinin də xüsusi payı var.Daha böyük möhtəşəm uğurlardan buru də 22–28 iyun tarixlərində Sinqapurda keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında Azərbaycanı təmsil edən məktəblilər yüksək nəticə əldə ediblər. Məktəblilər yarışda 2 gümüş və 1 bürünc medal qazanaraq beynəlxalq olimpiadada uğurla çıxış ediblər.
Ağdaş rayonu Ləki qəsəbə 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Abdulla Abdullazadə, Mingəçevir şəhəri Ruslan Muradov adına Texniki və humanitar fənlər liseyinin X sinif şagirdi Sumuraz Mirzəyev gümüş medal,
Lənkəran rayonu Bilal Əliyev adına Xolmili kənd tam orta məktəbin XI sinif şagirdi Əliyyəkbər Şirinli isə bürünc medal qazanıblar.
Yarışda ümumilikdə 28 ölkədən 136 şagird iştirak edib.
Hər bir uğurun arxasında daha bir uğur gəlir belə ki, olimpiada qaliblərinin sayına görə də lisey retintingə başçılıq edir:” Respublika fənn olimpiadalarında (RFO) da regionumuz üzrə ən yüksək nəticə məhz bizim məktəbin şagirdlərinə məxsusdur. Şagirdlərimizdən 2 nəfər informatika, 2 nəfər isə biologiya fənni üzrə olimpiada qalibidir. Fənn müsabiqələrinin respublika turunda Mərkəzi Aran üzrə ən çox qalibi olan bizim məktəbdir. 5 nəfər riyaziyyat, informatika, təbiət və fizika fənləri üzrə respublika fənn müsabiqəsinin qalibləridir. Həmçinin, Respublika Fənn Müsabiqələrinin nəticələrinə görə liseyin şagirdləri ili möhtəşəm qələbə ilə yekunlaşdırdılar:İki QIZIL, bir GÜMÜŞ və iki BÜRÜNC medal qazandılar.
Liseyin uğurlarını sadalamaqla bitmir. Onu da qeyd edək ki, 2020-ci ildə liseyin direktoru Nailə Məmmədova Türkiyədə STEAM təlimində olub. Nailə müəllim deyir ki, ölkə üzrə 8 nəfər direktor bu təlimlərdə iştirak edib:” 2021-ci ildə ilk dəfə regiondan və şəhərdən STEAM festivalına qatılmışıq və həmin ildən 2-ci yerin qalibi olmuşuq”.
Lisey özünəməxsus ənənələri ilə seçilir. Vətənpərvərlik tərbiyəsi sosial kollektivlərdə diqqət mərkəzində saxlanılmalı olan ən mühüm tərbiyə sahəsidir. Bu baxımdan Mingəçevir şəhər Texniki və Humanitar Fənlər Liseyində artıq 20 ildən artıqdır ki, keçirilən ibtidai sinif şagirdlərinin hərbi paradı böyük təsir qüvvəsinə malik kütləvi tədbirdir.

Valideyn-məktəb birliyini möhkəmləndirən, şagirdləri həm fiziki, həm mənəvi cəhətdən daha dözümlü edən, vətəni sevmək, sevərək qorumaq hisslərini artıran bu tədbir hər il öz möhtəşəmliyi, ağırlığı ilə yaddaşlara yazılır. Qeyd edək ki, liseyin 4 şəhid məzunu da illər öncə bu paraddan keçib, vətəninə, elinə layiqli övlad olaraq 44 günlük Vətən müharibəsinin qəhrəman şəhirlik zirvəsinə ucalıblar”.


Onu da qeyd edək ki,liseyin iki şagirdi bu il ilin “qızıl şagirdi”adını qazanıb.
Liseyin müəllimləri də bilik və bacarıqları ilə seçilirlər. Bu il keçirilən sertifikasiya imtahanında yüksək nəticələr göstəriblər. Liseyin 5 müəllimi isə çalışmanın yaş həddinə çatıblar. Lisey öz sevimli müəllimlərini yola salacaq.
Mingəçevir Texniki və Humanitar fənlər Liseyinin uğurları göstərir ki, istedadlı və əzmkar şagirdlər, onları dəstəkləyən müəllim və rəhbərlik birlikdə böyük nailiyyətlərə imza ata biliblər. Bu uğurlar digər şagirdlər üçün də bir motivasiya mənbəyidir. Gələcəkdə bu gənclərin adlarını daha böyük layihələrdə və uğurlarda görəcəyimizə inanırıq.

Esmira Hidayətova,Mingəçevir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir