”Al qərənfillə başlayan mübarizəmiz,Xarı bülbüllə başa çatdı” Şəhid məzunlara həsr olunmuş tədbir
Şəhid məzunlara həsr olunmuş ”Al qərənfillə başlayan mübarizəmiz,Xarı bülbüllə başa çatdı”adlı tədbir
Mingəçevir şəhər şəhid Vaqif Ağakişiyev adına 12 saylı tam orta məktəbdə məktəbin iki şəhid məzunu olmuş birinci Qarabağ savaşının şəhidləri, Mingəçevirin ilk şəhidi Vaqif Ağakişiyev və Tahir Məhərrəmovun xatirəsinə həsr olunmuş “Al qərənfillə başlayan mübarizəmiz,Xarı bülbüllə başa çatdı”adlı ədəbi bədii kompozisiya təşkil olunub.

Tədbir məktəbin “Şahinlər”komandasının sıra yerişi ilə başlayıb.Şəhidin məktəbin önündəki büstü ziyarət olunub. Daha sonra şəhid Tahir Məhərrəmovun adına verilmiş sinfə baxış keçirilib.

Məktəbin 2a sinif şagirdlərinin şəhidlərin həyat hekayələrindən hazırladıqları kiçik şeirlər,həyatlarından bəhs edən epizodlar səslənib.

Qeyd edək ki,vətənpərvər ruhda böyüyən bu balaca fidanlar adını daşıdığı şəhid qəhrəmanların yollarını davam etdirmək üçün yaxşı oxuyacaqları ilə və onların adına layiq övladlar olacaqlarına söz verdilər.

Şəhidin adına yaradılan güşənin açılışı oldu.

Daha sonra tədbir məktəbin foyesində şəhidlərə aid düzənlənmiş şagirdlərin əl işlərinə,şəhidlərin kiçik muzeyinə baxış keçirildi.

Daha sonra tədbir məktəbin akt zalında davam etdirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Arifə İsayeva,şəhid anası Nuridə Ağakişiyeva,şəhər təhsil sektorunun müdiri Sevinc Həsənova,şəhid bacısı Tahirə Məhərrəmova,məktəbin müəllimi Məlahət Abdullayeva çıxış edərək belə bir tədbirin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə minnətdarlıq bildiriblər.

Məktəbin şagirdləri tərəfindən hazırlanan kiçik səhnəciklər,şeirlər,musiqi nömrələri tədbiri daha rəngarən edib.
Qeyd edək ki,15 şəhid məzunu var.Onlaedan 13 şəhid birinci Qarabağ müharibəsinin,2 şəhid isə 44 günlük Vətən müharibəsinin şəhidləridir.

Tədbirdə qazilər,şəhid ailə üzvüləri,məktəblilər iştirak ediblər.Sonda xatirə şəkilləri çəkilib.

Esmira Hidayətova,Mingəçevir.