Azərbaycan Respublikasının Qeyri-Hökümət Təçkilatlarına(QHT)Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə,”Hüquqi Tədiqatlar Mərkəz”İB-nin həyata keçirdiyi “Korrupsiyaya Qarşı Mübarizədə Rəqabət Məcəlləsinin Rolu”mövzusunda layihə üzrə Mingəçevir şəhər Tibb Kollecində tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Daha sonra Hüquqi Tədiqatlar Mərkəzi İB-nin sədri,hüquq üzrə fəlsəfə doktoru,dosent Əsgərov Bəxşeyiş çıxış edərək tədbir iştirakçılarını salamlayıb və qeyd edib ki,”Hüquqi Tədiqatlar Mərkəzi”İB “Koorupsiyaya qarşı mübarizədə Rəqabət Məcəlləsinin rolu”adlı layihənin icrasına başlanıldığını bildirib. Qeyd edib ki,ölkəmizdə koorupsiyaya qarşı ardıcıl mübarizə aparılır,hüquqi və təşkilatı mexanizimlə ryaradılır,yeni normative hüquqi aktlar qəbul olunur,qanunvericilik təkmilləşdirilir”.

Son dövrlərdə qəbul olunmuş AR Rəqabət Məcəlləsi bu istiqamətdə vacib qanunlardan biridir.Məcəllənin müddəalarını sahibkarlar,məmurlar,ziyalılar arasında izahı koorupsiya hallarının azaldılmasına kömək edəcək əsasvasitələrdən biri kimi çıxış edir.Bu məqsədlə “Hüquqi Tədiqatlar Mərkəzi”İB AR QHT Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Koorupsiyaya qarşı mübarizədəRəqabət Məcəlləsinin rolu”adlı layihəni həyata keçirir”.

Qeyd olunub ki,layihə çərçivəsində Bakı,Mingəçevir,Salyan,Ağcəbədi və Xaçmaz rayonlarında 100 nəfərdən artıq sahibkarın,dövlət qulluqçusunun,ziyalıların iştirakı ilə təlimlər keçiriləcək.Əminik ki,həmişə olduğu kimi “Hüquqi Tədiqatlar Mərkəzi”İB bu layihəni də yüksək peşəkarlıqla icra edəcək.

Tədbirdə Mingəçevir Tibb kollecinin direktoru Fikrət Zeynalov çıxış edərək layihənin uğurla həyata keçməsində layihə iştirakçılarına uğurlar arzulayıb.
Mingəçevir şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Mehman Şükürov,MDU-nun İqtisadi Tədiqatlar Mərkəzinin rəhbəri,iqtisad üzrə fəlsəfə doktoru,dosent Vüqar Məmmədli “Rəqabət Məcəlləsinin bazar münasibətlərinin inkişafında yeri”mövzusunda, Hüquq məsələləri üzrə ekspert Aydın Kərimov “Koorupsiya imtiyazların və güzəştlərin qanunsuz mənimsənilməsi,ədalətli rəqabətin qarşısının alınması mexanizmi kimi”mövzusunda geniş çıxış ediblər.

Teleaparıcı, politoloq,jurnalist İnqilab Şirinbəyli mövzu ilə bağlı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Esmira Hidayətova,Mingəçevir.