2 İyul – Azərbaycan Polisi Günü Mingəçevirdə təntənə ilə qeyd olundu
Xalqın təhlükəsizliyi naminə çalışan qəhrəmanların bayramı

Mingəçevirdə 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə silsilə tədbirlər keçirilib. 107 illik şərəfli tarixə malik polis orqanlarının peşə bayramı şəhərdə böyük ehtiramla qeyd olunub.

Tədbirlər çərçivəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, həmçinin polis veteranları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin məzarları ziyarət olunub.

Təntənəli mərasim və təltiflər

Əsas tədbir Mingəçevir Şəhər Polis Şöbəsinin akt zalında baş tutub. Dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra, ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun təbriklərini şəxsi heyətə çatdırıb. O bildirib ki, Azərbaycan polisi tarix boyu dövlətçiliyin, ictimai sabitliyin və hüququn keşiyində əzmlə dayanıb.

Sonda Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov polis əməkdaşlarını təbrik etdi

2 İyul – Azərbaycan Polisi Günü münasibətilə keçirilən tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan polisinin yaranma tarixindən, onun keçdiyi çətin və şərəfli fəaliyyət yolundan müxtəlif dövrlərdə dövlət və xalq qarşısında xidmətlərindən, bəhs edib eləcə də şəhər polisinin fəaliyyətini yüksək qiymətləndirib. O, çıxışında şəhər Polis və Mühafizə şöbələrinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, onların şəhərin təhlükəsizliyi, ictimai asayişin qorunması və vətəndaşların rifahı naminə göstərdiyi fədakarlığının nümunəvi olduğunu vurğulayıb.

İcra başçısı qeyd edib ki, Mingəçevir şəhərində sabitliyin və əmin-amanlığın qorunmasında polis əməkdaşlarının əvəzsiz rolu var. Bu yolda çalışan hər bir polis əməkdaşı dövlətə və xalqa sədaqətlə xidmət edir, peşəkarlığı və məsuliyyəti ilə seçilir.

Tədbirin davamında İcra Hakimiyyətinin başçısı xidməti vəzifələrinin öhdəsindən uğurla gələn, intizamı və fəaliyyətləri ilə seçilən bir qrup polis əməkdaşını fəxri fərmanlarla təltif edib. Fəxri fərmanlar, həmçinin, gənc nəsil üçün də bir nümunə olaraq, dövlətə və qanunlara bağlılığın bariz göstəricisi kimi dəyərləndirilib.

Bayram münasibətilə nümunəvi xidmətləri ilə seçilən bir qrup polis əməkdaşı fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunub.

Bayram münasibətilə nümunəvi xidmətləri ilə seçilən bir qrup polis əməkdaşı fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunub.Eyni zamanda, polis veteranları və şəhid əməkdaşların ailə üzvləri də unudulmayaraq onlara da diqqət və ehtiram göstərilib.

Mingəçevir Polisi – Xalqın və Dövlətin Xidmətində

Mingəçevirin sabit və təhlükəsiz şəhər imicinin formalaşmasında yerli polisin əvəzsiz rolu var. Cinayətkarlıqla mübarizə, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, ictimai asayişin qorunması və digər sahələrdə Mingəçevir polisi daim ön cəbhədə yer alır.

Xüsusilə son illər ərzində qanunsuz küçə ticarətinə qarşı aparılan tədbirlər, ailə-məişət zorakılığı ilə mübarizə və profilaktik maarifləndirmə işləri cəmiyyətin geniş dəstəyini qazanıb.

Polis xidməti sadəcə peşə deyil – bu, xalq və vətən qarşısında sədaqətlə xidmət edən bir həyat tərzidir. Mingəçevir polisi gecə-gündüz demədən vətəndaşların təhlükəsizliyi naminə öz həyat və istirahətlərindən keçərək çalışırlar.

Bayramınız Mübarək, Azərbaycan Polisi!

Bu gün Mingəçevirdə ailələr rahat yaşayır, uşaqlar parklarda əmin-amanlıqla oynayır, müəssisələr təhlükəsiz fəaliyyət göstərirsə, bu, Azərbaycan polisinin, xüsusilə də Mingəçevir Şəhər Polis Şöbəsinin əzmkar və fədakar əməyinin nəticəsidir.

2 İyul – Azərbaycan Polisi Günü münasibətilə Mingəçevir Şəhər Polis Şöbəsinin bütün əməkdaşlarını təbrik edir, onlara möhkəm can sağlığı, uğurlar və xidmətlərində hər zaman qürur hissi arzu edirik.

Bayramınız mübarək, Azərbaycan polisi!
Bayramınız mübarək, Mingəçevirin fədakar keşiyçiləri!

Sonda bir qrup polis əməkdaşı – o cümlədən ŞPŞ və şəhər Mühafizə Şöbəsinin əməkdaşları – polis orqanlarında nümunəvi xidmətlərinə görə və Azərbaycan polisinin 107 illik yubileyi münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.

Esmira Hidayətova, Mingəçevir