Bakının Xəzər rayonunda iki nəfərin ölümü, bir nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xeberler.info xəbər verir ki, hadisə ötən gecə saat 01 radələrində Binə qəsəbəsindən keçən yolda körpünün altında baş verib. “Nissan” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “Opel” şirkətini bürüyüb. Nəticədə avtomobildə olan 2 nəfər yanaraq ölüb.
“Nissan”ın sürücüsü Sabunçu Tibb Mərkəzinə aparılıb.
Əraziyə gələn FHN-in DYMX yanğınsöndürmə briqadaları avtomobili söndürdükdən sonra meyitdən çıxarılıb. Hazırda onların kimliyi dəqiqləşdirilir.
Xeberler.info
Şərh yaz