Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Gənc qız xəsarət alıb.
Xeberler.info “Report”un məlumatına görə, münaqişə zəminində 25 yaşlı Zəhra bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatları araşdırılır.
Xeberler.info
Şərh yaz