xeberler
Xeberler » Azərbaycanın İsraillə əməkdaşlığının intensivliyi İranın davranışından asılıdır

Azərbaycanın İsraillə əməkdaşlığının intensivliyi İranın davranışından asılıdır

Send link by Whatsapp

Bakı/19.04.23/Turan: azərbaycanın İsraildə səfirliyinin açılması iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyə qaldırıb və yəhudi dövlətinin xarici işlər nazirinin Bakıya səfəri bu əməkdaşlığın intensivləşdirilməsinə yönəlib. Bunu Siyasi İdarəetmə İnstitutunun direktoru Azər Qasımlı Turan müxbirinə müsahibəsində deyib.

Onun fikrincə, onların daha da inkişaf etdirilməsi hərbi sferada əməkdaşlığı sürətləndirə bilər. “Bu, bizim üçün hərbi təhlükəsizlik nöqteyi-nəzərindən vacibdir. Çünki bir çox ölkələr Azərbaycana silah satmırlar. İsrail bizə yüksək keyfiyyətli və yüksək dəqiqlikli silahlar satan azsaylı ölkələrdən biridir. Bu, Azərbaycanın hərbi təhlükəsizliyinin vacib amilidir”, – Qasımlı deyib.

Eyni zamanda İsraillə əməkdaşlıqda da əlverişsiz anlar var. “Bu, Azərbaycan-İran münasibətlərinə mənfi təsir göstərir. İndiyədək Azərbaycan hökuməti balans saxlamağa çalışırdı, lakin 44 günlük müharibədən sonra vəziyyət dəyişib”, – Qasımlı deyib. Balans pozulub və Bakı bu ölkələrə münasibətdə riayət etdiyi əvvəlki balans siyasətindən uzaqlaşıb.

Azərbaycan-İsrail əlaqələrinin perspektivləri Bakı ilə Tehran münasibətlərindən asılıdır. Əgər İran gərginliyi artırmaqda davam edərsə, Azərbaycan və İsrail arasında münasibətlər daha da yaxınlaşacaq və hərbi və digər sferalarda da daxil olmaqla ən yüksək səviyyəyə çatacaq”, – Qasımlı deyib. —16B—

xeberler

Şərh yaz

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed