Azərbaycanda əcnəbi vətəndaşların banklardakı əmanətlərinin həcmi son bir ildə yarım milyardlıq artım edib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin 1 avqustuna əcnəbilərin banklardakı əmanətlərinin həcmi 1 milyard 343.8 milyon manat təşkil edib.
Bu da illik müqayisədə 505.2 milyon manat və ya 60% artımdır.
Əcnəbilər banklardakı əmanətlərinin böyük hissəsini, yəni 73%-ni xarici valyutada yerləşdiriblər. Milli valyutada yerləşdirilən əcnəbi depozitləri avqustun 1-nə 356.9 milyon manat olduğu halda, xarici valyutada 986.8 milyon manat olub.
Milyon manatla
Mənbə: İqtisadiyyat xəbərləri
Azərbaycanda əcnəbilərin banklardakı depozitləri yarım milyard artıb- ₼1.34 milyard!
Şərh yaz