xeberler
Xeberler » Azərbaycan Ordusunun PDM ekipajları zirehli texnikadan atışlar icra ediblər – VİDEO

Azərbaycan Ordusunun PDM ekipajları zirehli texnikadan atışlar icra ediblər – VİDEO

Azərbaycan Ordusunun PDM ekipajları zirehli texnikadan atışlar icra ediblər - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, piyada döyüş vasitələrinin (PDM) ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

PDM ekipajları Ümumi Poliqonda keçirilən döyüş atışlı təlimlərdə sürücülük və yanğın hazırlığı üzrə praktiki işlər görüblər.

Müxtəlif maneələrin dəf edilməsi ilə çətin ərazilərdə döyüş maşınları uğurla idarə olunur, həmçinin zirehli texnikadan atəş açır.
Təlimlərin keçirilməsində məqsəd hərbi qulluqçuların fərdi bacarıqlarını inkişaf etdirmək və bölmələrin döyüş qabiliyyətini artırmaqdır.

Xeberler

Şərh yaz

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed