Bakı / 15.04.23 / Turan: Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandası aprelin 15-i səhər saatlarında Yerevanı tərk edərək avtobusla Gürcüstana gəlib. Bu barədə şənbə günü günortadan sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən elan edilib.
Komandanın Bakıya təyyarə ilə Tiflisdən gəlməsi şənbə axşamı gözlənilir.
Aprelin 14-də açılış mərasimində yarışın təşkilat komitəsinin üzvlərindən biri Azərbaycanın bayrağını yandırdıqdan sonra komanda Yerevanda keçirilən Avropa çempionatını tərk edib. -0-
Şərh yaz