xeberler
Xeberler » AY Partiya Anar Əsədlinin həbsini siyasi sayır

AY Partiya Anar Əsədlinin həbsini siyasi sayır

SON DƏQİQƏ! Anar Əsədli həbs edildi

Azərbaycan Yüksəliş Partiyası sədr Anar Əsədovun həbsi ilə bağlı bəyanat yayıb.

Partiyadan Xeberler.info göndərilən bəyanatda deyilir:

Partiyamız AY Partiyasının prezidenti Anar Əsədovun həbsi ilə bağlı mövqe ortaya atmalıdır. Artıq 2 gündür ki, cəmiyyətdə gedən məlumatların düzgün alınması üçün zəruri bir addımdır.

Partiya rəhbərliyi istər cinayət işi, istərsə də ictimaiyyətlə qurulacaq ünsiyyətdə tamamilə qanuna uyğun hərəkət etmək fikrində israrlı və ardıcıldır. Bunun üçün vəkillə müqavilə bağlanılıb, hüquqi müdafiənin təşkili üçün lazımi addımlar atılıb. Həbs qərarından sonra bayram günlərində olmasına baxmayaraq, bu barədə məlumat axşam saatlarında məlum olub.

Ay Partiya rəhbərliyi nümayəndələrinin əslində bu hadisə ilə bağlı kifayət qədər məlumatı var. Amma sağlam hüquqi mövqe nümayiş etdirmək üçün həbs qərarının mətni ilə tanış olmaq lazımdır. Bu fürsəti hələ əldə edə bilməmişik, çünki bayramdır.

AYB əmindir ki, Anar Əsədlinin həbsi xalis siyasi aktdır. Qərar mətni əldə edildikdən və hüquqşünaslarla müzakirə edildikdən sonra biz bunu daha əminliklə deyə biləcəyik.

Azərbaycan Kİv-i kampaniyanın xəbərini soruşulmadan izləyir. Kİv nümayəndələrini dürüst jurnalistika prinsiplərinə sadiq qalmağa çağırırıq. AY Partiyası daxilində hüquqi müzakirədən sonra mətbuat nümayəndələrinə geniş məlumat veriləcək, mütəmadi olaraq informasiya axını təmin ediləcək.

Partiyamızın rəsmi mövqeyini öyrənmək üçün AY Partiyasını özünün rəsmi sosial şəbəkə səhifələrini izləməyə çağırırıq.

Xeberler.info

Xeberler

Şərh yaz

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed