Avstriyanın paytaxtı Vyanada alman dili müəllimi dərslərində Suriya, Türkiyə və Ukraynadan olan uşaqları təhqir etməkdə ittiham olunur.
Xeberler.info xəbər verir ki, bu barədə ORF telekommunikasiya şirkəti məlumat yayıb.
Məlumata görə, Vyanada orta məktəb müəlliməsi ölkələrdən olan uşaqlara heç nə edə bilməyəcəklərini, vətənə qayıtmalı olduqlarını bildirib.
Vurğulanıb ki, müəllim ümumilikdə uşaqlarla kobud davranıb, onlar və valideynləri haqqında təhqiramiz ifadələr səsləndirib.
Hazırda məsələ ilə bağlı şəhər təhsil şöbəsi araşdırma aparır.
Xeberler.info
Şərh yaz