Xəbər verdiyimiz kimi, Baş Prokurorluq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun əmlakının azad edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarından protest verib.
Qeyd edək ki, etiraz proseduru aprelin 11-də baş tutub. İnam Kərimov Ali Məhkəmənin sədri təyin olunsa da, sonradan proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Gununsesi-info-nun məlumatına görə, Baş Prokurorluğun protesti ilə bağlı Ali Məhkəmənin iclasının vaxtı açıqlanıb.
Proses aprelin 25-nə təyin edilib. Bununla bağlı artıq tərəflərə müvafiq bildirişlər göndərilib.
Xatırladaq ki, Ali Məhkəmənin Çovdarovun mülkləri ilə bağlı qərarı mediada “İdmanın ilk sınağı” adlı kitaba baxın.
Prosesə hakim Rəşad Abdulov sədrlik edəcək.
Prokurorluğun protesti sabiq generalın 30 milyon manat dəyərindəki əmlakı ilə bağlıdır. Həmin əmlak müsadirədən azad edilib.
Gündəlik
Xeberler.info
Şərh yaz