ABŞ və İsrailin nümayəndə heyəti Cəbrayıl rayonundakı Xudafərin körpüsünü ziyarət edib.
Xeberler.info xəbər verir ki, səfər edənlər hazırda Cəbrayıl rayonundakı Xudafərin körpüsünü ziyarət ediblər. Daha sonra qonaqların Şuşaya səfəri planlaşdırılır.
Xatırladaq ki, ABŞ və İsrail nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən səfərin əsas məqsədi Azərbaycan tarixini, mədəniyyətini, ən əsası isə Azərbaycan həqiqətlərini bütün dünyaya, eləcə də İsrail və ABŞ-a çatdırmaqdır.
Xeberler.info
Şərh yaz