ABŞ Dövlət Departamenti F-16 döyüş təyyarələrinin rabitə sistemi olan “Link-16” taktiki məlumat bağlantı şəbəkəsinin modernizasiya bölmələrinin Türkiyəyə satışını təsdiqləyib.
Xeberler.info Türkiyə mediası xəbər verir ki, bu barədə Dövlət Departamenti Konqresə məlumat verib.
Taktiki məlumat bağlantısı kimi də tanınan “Link-16” hərbi radio şəbəkəsi NATO və müttəfiq ölkələr tərəfindən istifadə olunur.
Şəbəkə təyyarə, helikopter, dron, gəmi və quru qoşunları arasında taktiki informasiya mübadiləsini təmin edir.
Xeberler.info
Şərh yaz