“24saat.org” (az24saat.org) saytının Baş redaktoru və “24saat.org” MMC-in təsisçivi və direktoru Vüqar Ələkbərov Media Haqqında Qanunun araşdırılması üçün Konstitusiya Məhkəməsinə müraciət etdi.
Beynəlxalq Mətbuat Azadlığı günündə “24saat.org” MMC-in rəhbəri Vüqar Ələkbərov Azərbaycanda söz və media azadlığınun mövcud vəziyyətinə adekvat olaraq Hüquqşünas, media məsələləri üzrə ekspert Xalid Ağəli tərəfindən hazırlanan Media Haqqında Qanunun Konstitusiyaya zidd olub-olmadığının araşdırması üçün Konstitusiya Məhkəməsinə müraciət edib. 70 səhifədən ibarət şikayət ərizəsində şikayətdən əlavə Venesiya Komissiyasının Media Haqqında Qanuna verdiyi rəy, o cümlədən, Avropa Şurası Nazirlər Komitəsinin “Xədicə İsmayılova qrupunun Azərbaycana qarşı” işində çıxardığı Qətnaməsi də yer alıb.
Xatırladaq ki, ötən ilin dekabından etibarən “24saat.org” MMC ilə Medianın İnkişafı Agentliyi (MİA)içinde Bakı İnzibat məhkəməsində proses davam edir. Hazırda iş hazırlıq mərhələsindədir və hakim işi icraata qəbul etməmək üçün tüm vasitələrdən istifadə edir. 24saat.org (az24saat.org) saytının Baş redaktoru Vüqar Qurdqanlı Bakı İnzibat Məhkəməsinin hakiminə də vəsadət ünvanlayaraq Media Haqqında Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına uğyun olub-olmadığını araşdırılması üçün Konstitusiya məhkəməsinə müraciət etməyini xahiş edib.
Onu da bildirək ki, eyniməzmunlu müraciət ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya olunan müraciətə Ombudsman aparında işin İnzibat Məhkəsində hazırda araşdırıldığı səbəbindən müsbət cavab verilməyib.
Beynəlxalq Mətbuat Azadlığı günündə Konstitusiya Məhkəməsinə edilən bu müraciət mürtəce media qanunu üçün ədalət axtarışında mühüm addımdır. Ümid olunur ki, Konstitusiya Məhkəməsi “Media haqqında” qanunun araşdırılması üçün lazımi addımlar atacaq və müvafiq tədbirlər görəcək. Ümid edirik ki, məhkəmə bu müraciətə və Venesiya Komissiyasının rəyinə ciddi şəkildə baxacaq və medianın haqqını ödəyəcək.
Şərh yaz