En son xeberler

Yazıçı Salman Rüşdiyə hücum olub |

Xəbərdə deyilir ki, bir nəfər səhnəyə çıxıb və aparıcının təqdim etməkdə olduğu Rüşdiyə yumruq və bıçaq zərbələri endirib

Yazıçı Salman Rüşdiyə Nyu Yorkda keçirilən bir tədbirin səhnəsində hücum olub.

O bu tədbirdə mühazirə oxulamalıydı.

Xəbərdə deyilir ki, bir nəfər səhnəyə çıxıb və aparıcının təqdim etməkdə olduğu Rüşdiyə yumruq və bıçaq zərbələri endirib.

Hadisə zamanı çəkilən videolarda yazıçının yerə yıxıldığı və həkimlərin onun yardımına qaçdığı görünür.

Hücum avqustun 12-də Nyu Yorkda Şatokua İnstitutunda baş verib.

Bir çox dindarlar “Şeytan ayələri” kitabı İran və bir çox müsəlman ölkələrində qadağan olunmuş Rüşdini “kafir” adlandırırlar.

Kitab 1988-ci ildə çap edildikdən az sonra İranın ovaxtkı lideri ayətüllah Ruhulla Xomeyni Rüşdinin ölümünə fətva verib.

Lakin İran hökuməti sonrakı illərdə Xomeyninin fətvası ilə əlaqəsinin olmadığını bildirib.

Vəziyyəti naməlumdur

2012-ci ildə yarımrəsmi İran dini fondu Rüşdinin öldürülməsi üçün 2.8-3.3 milyon dollar mükafat pulu toplayıb.

Kitabın yapon dilinə tərcüməçisi 1991-ci ildə bıçaqlanaraq öldürülüb.

Lakin Xomeyninin xələfi ayətüllah Əli Xameneyi 2005-ci ildə deyib ki, Rüşdi barəsində ölüm fətvası qüvvədə qalır.

İllərlə müxtəlif məxfi məkanlarda yaşayan Rüşdi iddia edirdi ki, adamlar sözü gedən fətvanın icrasında maraqlı deyillər. O daha sonra fətva haqqında xatirlərini yazıb.

Ədəbiyyat üzrə Nobel mükafatlarını verən İsveç komitəsi 2016-cı ildə fətvanı pisləyib və bildirib ki, yazıçının öldürülməsi üçün vəsait toplanması beynəlxalq qanunun kobud şəkildə pozulmasıdır.

Sky News bildirir ki, Hindistan doğumlu Britaniya yazıçısı Salman Rüşdi hücumdan sonra helikopterlə xəstəxanaya aparılıb, amma vəziyyəti məlum deyil.

Nyu York polisi hücum edənin saxlandığını və dindirildiyini bildirib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button