En son xeberler

Dollar bahalaşa bilərmi? – AÇIQLAMA |

“Təbii ki, Azərbaycan manatı birbaşa neftdən asılıdır. İndiki halda manata hansısa təzyiqlərin olacağını düşünmürəm”.

Bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Azərbaycanın büdcə profisiti, xarici ticarət balansı kifayət qədər yüksəkdir, müsbət saldo mövcuddur.

“Ona görə də neftin qiymətində müəyyən ucuzlaşmaların Azərbaycan manatına təsir göstərcəyini hesab etmirəm. Bu il neftin qiymətinin ortalama 100 dollar civarında olacağını gözləmək olar. İlin əvvəlindən iyul ayının ortalarına qədər neftin qiyməti 100 dollardan yüksək olub. Ona görə də Azərbaycan neftinin ümumi qiyməti ilin sonuna qədər 100 dollardan yuxarı olacaq. Bu bir daha onu göstərir ki, Azərbaycan iqtisadiyyatındakı dalğalanmalar, manatın məzənnəsinə təsirlərdə neft faktorunun rolu yüksəkdir. Müstəqillikdən bura iqtisadiyyatımız neftdən asılıdır. Ən böyük problem budur ki, neftdən asılılığı azalda bilmirik”. (Unikal)

son xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button