En son xeberler

Azərbaycanlı rejissorun filminin dünya premyerası |

Yayımlandı: 6 İyul 2022 15:14

“Balıqlarla Xütbə” “Locarno” Film Festivalında göstəriləcək

Azərbaycanlı rejissor Hilal Baydarovun “Balıqlara Xütbə” filmi 75-ci “Locarno” Film Festivalının əsas müsabiqə proqramına daxil edilib.

Azərbaycan, Meksika, İsveçrə və Türkiyənin birgə istehsalı olan ekran işi 3500 film arasından seçilib.

Festivalda nümayiş olunacaq filmlərin siyahısı ilə buradan tanış olmaq mümkündür.

“Balıqlarla Xütbə” filminə Rəna Əsgərova, Orxan İskəndərli, Hüseyn Nəsirov çəkiliblər.

Ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcandır.

“Balıqlara xütbә” filmi bir müddət öncə Türkiyənin TRT kanalı tәrәfindәn keçirilәn yarışmanın qaliblәrdәn biri olub.

“Beynәlxalq ortaq istehsal” mükafatına layiq görülüb.

“Locarno” Film Festivalı İsveçrənin ən mühüm, Avropanın isə ən məşhur film festivallarından biridir.

“Kann”, “Venesiya” və “Berlin”dən sonra dördüncü ən əhəmiyyətli Avropa film festivalı hesab olunur.

“Locarno” 1946-cı ildən etibarən hər il avqustda İsveçrənin Lokarno şəhərində keçirilir.

Festivalın baş mükafatı “Ən yaxşı film”ə görə verilən “Qızıl Bəbir”dir.

Builki “Locarno” Film Festivalı avqustun 3-dən 13-dək davam edəcək.

Meydan TV


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button