En son xeberler

Türkiyə, İran, Rusiya birgə avtomobil buraxacaqlar? |

İran, Rusiya və Türkiyənin sənaye rəsmiləri bildiriblər ki, avtomobillərin dizaynı və istehsalı üzrə birgə şirkət yaratmağı planlaşdırırlar.

Hazırda İranRusiya sanksiyalar altındadır.

İran avtomobil hissələri istehsalçıları və təchizatçıları assosiasiyasının rəhbəri Məhəmmədrza Nəcəfi-Maneş deyib ki, bu sahədə üç ölkənin işbirliyi üçün böyük imkanlar var.

Nəcəfi-Maneş əlavə edib ki, hazırda avtomobil məhsulu üçün geniş bazar mövcuddur.

İran rəsmisi bildirib ki, bu təşəbbüsü Türkiyə irəli sürüb və Rusiya layihəyə maraq göstərib.

İran rəsmisi bildirib ki, bu təşəbbüsü Türkiyə irəli sürüb və Rusiya layihəyə maraq göstərib.

ABŞ və Qərb Ukraynaya müdaxiləsinə görə Rusiyanın üzərinə ağır iqtisadi sanksiyalar qoyublar.

İran da 2018-ci ildən bəri ABŞ sanksiyaları altındadır.

Son 20 ildə bir çox Qərb avtomobil şirlkətləri Rusiya boyunca yığma zavodları açmışdılar.

Lakin Ukraynada müharibə başlanandan bəri əksər Qərb şirkətləri Rusiyanı tərk ediblər. (Azadlıq Radiosu)

son xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button