En son xeberler

Qırmızı meydanda Tuvanın milli bayrağını qaldırmağa qoymayıblar |

Türkdilli tuvalıların respublikası 1921-1944-cü illərdə, hələ SSRİ-nin tərkibinə daxil olmadığı vaxtlarda beynəlxalq aləmdə qisməın tanınmış dövlət idi

Rusiyanın Tuva Respublikasında Kızıl şəhər soveti deputatının Tuvanın mavi-sarı milli bayrağını qaldırmasına imkan verilməyib.

Xəbər verilir ki, deputatı dərhal əlidəyənəkli şəxslər dövrələyiblər.

Bu barədə Sibir-media teleqram kanalı xəbər verib.

Tuvalı deputat Roman Tamoyev moskvalılar arasında Tuva Respublikasına dair sorğu keçirib və kürəyinə Ukrayna bayrağını xatırladan mavi-sarı Tuva bayrağını salmaq istəyib.

Tamoyev bundan əvvəl polislərdən bayraqla Qırmızı meydanda gəzişmək və şəkil çəkdirmək üçün icazə istəmişdi.

Polislər bunu qəti qadağan etmişdilər.

Tamoyevin sözlərinə görə o polislərdən aralanan kimi onu əlidəyənəkli onadək şəxs dövrəyə alıb.

Tamoyev deyir ki, o qanunatabe vətəndaşdır və öz vətənini sevir.

Deputat daha sonra bildirib ki, polislər ona Rusiyanın regionlarından biri olan Tuva Respublikasının bayrağının qaldırılmasına icazə verməyiblər.

Polislər qanunvericiliyə əsaslansalar da, söhbətin hansı qanundan getdiyini deyə bilməyiblər.

Tamoyev deyir ki, moskvalıların əksəriyyəti Rusiyada Tuva Respubliaksının olmasınadan xəbərsizdir.

O deyib ki, bir çoxları Tuva bayrağını Ukrayna bayrağı ilə səhv salırlar.

Rusiyanın dfedral qanununa əsəsən Moskva Kremlinin, Qırmızı meydanın və Aleksandr bağının ərazisində keçiriləcək hər hansı aksiya üçün birbaşa prezident administrasiyasının icazəsi tələb olunur.

Şoyqunun vətəni

Tuva Respublikası (keçmiş Tuva Xalq Respublikası) Rusiyanın Sibir regionlarından biridir.

Türkdilli tuvalıların respublikası 1921-1944-cü illərdə, hələ SSRİ-nin tərkibinə daxil olmadığı vaxtlarda beynəlxalq aləmdə qisməın tanınmış dövlət idi.

Respublika ərazisinin 80 faizini dağlar təşkil edir. Yenisey çayı Tuvanın paytaxtı Kızıl şəhərindən başlanır.

Tuvalıların ənənəvi dini inancları – Tibet buddizmi və şamanizmlə bağlıdır.

Tuva Rusiyada ən pis sosial-iqtisadi göstəricilərə malik regionlardan biridir.

2021-ci ilin statistikasına görə Tuva Rusiyanın ən yoxsul regionu olub.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button