En son xeberler

Nothing Phone (1)-in bəzi texniki özəllikləri Geekbench vasitəsilə təsdiqlənib

    Təqdimata hazırlaşan Nothing Phone (1) smartfonunun dizaynı və hətta çalışma prosesi daha öncədən sərgilənib. İndi isə Geekbench bençmark saytı vasitəsilə sözügedən smartfonun bəzi texniki özəllikləri məlum olub. Qeyd etmək lazımdır ki, smartfonun texniki özəllikləri barəsində məlumatlar daha öncə də ortaya çıxmışdılar. Lakin bu dəfə onlardan bəziləri təsdiqlənib. Beləliklə Geekbench-də qeyd edilmiş məlumatlara əsasən Nothing Phone (1) smartfonu 6 nanometrlik 8 nüvəli Snapdragon 778G+ prosessoru vasitəsilə çalışacaq. Smartfonun Geekbench testlərindən keçmiş versiyası 8 GB RAM ilə təchiz olunub. Heç istisna deyil ki, smartfonun digər RAM göstəricili modelləri də olsun.

    Bundan əlavə olaraq Geekbench teslərindən keçmiş model Android 12 vasitəsilə çalışıb. Nothing Phone (1)-in minimum 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacağı gözlənilir. Geekbench testlərindən də görmək olar ki, smartfon bir nüvəli yüklənmə zamanı 797 xal, çox nüvəli yüklənmə zamanı isə 2803 xal toplayır. Gözləntilərə əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.55 düym OLED ekran ilə təchiz olunacaq. Onun 4500 və ya 5000 mAh enerji tutumlu batareyaya sahib olacağı güman edilir. Artıq məlumdur ki, smartfon ikili arxa kameranı özündə birləşdirəcək. Qeyd etmək lazımdır ki, Nothing Phone (1)-in təqdimatı 12 iyul tarixində baş tutacaq.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button