En son xeberler

Moskva Ukrayna regionlarında “oyuncaq hökumət” quracaq

Amerika kəşfiyyatı yeni iddia ilə çıxış edib.

İddiaya görə, Moskva administrasiyası Ukraynadan Luqansk, Donetsk Xersonu ilhaq edəcək saxta referendumlar keçirərək bu bölgələrdə Rusiyaya bağlı “oyuncaq rəhbərlər” yerləşdirəcək.

Bu iddia ilə ABŞ-ın Avropa Təhlükəsizlik Əməkdaşlıq Təşkilatındakı səfiri Maykl Karpenter çıxış edib.

O, bəyan edib ki, Moskvanın nəzarətində olacaq “marionet liderlər” bu bölgələri ələ keçirərək Ukraynaya nəzarət etməyə çalışacaqlar.

Qeyd edək ki, artıq Donetsk Luqanskda belə oyuncaq “hökumətlər” fəaliyyət göstərir. Onların hansı formada dəyişəcəyi maraq doğurur.

Maykl Karpenter bəyan edib ki, Rusiyanın planı uğurlu olmaya bilər.

Qeyd edək ki, Donetsk Luqansk qismən rusiyayönlü separatçı qüvvələrin nəzarətindədir. Xerson martın 15-dən Rusiyanın nəzarəti altındadır.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button