En son xeberler

Google şirkətinin qatlana bilən Pixel smartfonu barəsində yeni məlumatlar verilib

    Ross Young adlı məşhur insayder Google şirkətinin ilk qatlana bilən smartfonu barəsində yeni məlumatlar verib. Gözləntilərə əsasən smartfon Google Pixel Notepad adı altında satışa çıxacaq. Beləliklə verilmiş məlumata əsasən Google şirkətinin ilk qatlana bilən smartfonu kitab tərzində reallaşdırılacaq dizayn baxımından Samsung Galaxy Z Fold-u xatırladacaq. Məlumatda qeyd edilib ki, qatlana bilən smartfonun ekran ölçüsü hal hazırda hazırlanan Galaxy Z Fold 4-ün sahib olacağı ekran ölçüsü ilə eyni olacaq. Yəni Pixel Notepad modeli 7.6 düym ekran ilə təchiz olunacaq.

    Bununla yanaşı Pixel Notepad-ın gövdəsinin xaricində də əlavə ekran reallaşdırılacaq o, köməkçi ekran rolunda çıxış edəcək. Xarici ekranın 5.8 düym olacağı qeyd edilib. Bundan əlavə olaraq smartfon Google şirkətinin Tensor adlı fərdi prosessoru 8 MP-lik ön kamera ilə təchiz olunacağı məlumatda əks olunub. Google şirkətinin ilk qatlana bilən smartfon modelinin təqdimatı artıq bu ilin payız fəslində baş tuta bilər. Qeyd etmək lazımdır ki, şirkət adətən yeni Pixel smartfonlarını oktyabr ayında təqdim edir. Buna görə də heç istisna deyil ki, Pixel Notepad modeli də həmin vaxtda təqdim ediləcək. Gözləntilərə əsasən Pixel Notepad 1400$ qiymətində satışa çıxacaq.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button