En son xeberler

“Əliyev və Paşinyan görüşə bilərlər”

“Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması məsələsi müzakirə olunur”.

“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Ermənistanın həll etməli olduğu bəzi məsələlər var. Biz suallara cavab tapan kimi strukturun formalaşdırılması üçün görüşlər başlayacaq. Həmçinin Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün mümkünlüyü də müzakirə olunur”, – TŞ katibi bildirib.

Xatırladaq ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşü olub. Mayın 2-də isə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button