En son xeberler

Vilayət Quliyev yenidən səfir təyin edilib

Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya Herseqovinada fövqəladə səlahiyyətli səfiri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, V.Quliyev bundan əvvəl Azərbaycanın Macarıstandakı fövqəladə səlahiyyətli səfiri olub. O, ötən ilin iyulun 23-də Macarıstandakı fövqəladə səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.

V.Quliyev 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri, 2004-2010-da Azərbaycanın Polşadakı fövqəladə səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button