En son xeberler

Rusiya Mariupolda “parad” keçirməyə hazırlaşır

Rusiya xarabalığa çevrilmiş Mariupolda mayın 9-da “parad” keçirməyə hazırlaşır”.

“RBK Ukraina” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Bunun üçün Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko şəhərə gəlib. Donetskdə bu il “bayram” keçirilməyəcək. Ona görə “təntənə”nin Mariupolda baş tutması planlaşdırılır. Buna görə də şəhərin mərkəzi küçələrini dağıntılardan, meyitlərdən partlamamış sursatlardan təmizləyirlər. Genişmiqyaslı təbliğat davam edir”, – Baş Kəşfiyyat İdarəsindən bildirilib.

Həmçinin vurğulanıb ki, Kremlin təbliğatçısı, telejurnalist Vladimir Solovyov Donetskin “rəhbəri” Denis Puşilin də Mariupola gəliblər.

Xatırladaq ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya ölkədə “xüsusi əməliyyatı” sentyabr ayına qədər davam etdirməyi planlaşdırır.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button