En son xeberler

Kremlin tənqidçisi Nevzorov axtarılır

İstintaq Komitəsi martın 22-də Nevzorov barədə təhqiqat açdığını açıqlamışdı

Rusiya hakimiyyəti ölkənin ən tanınmış telejurnalistlərindən biri, Kremlin tənqidçisi Aleksandr Nevzorovu axtarışda olanlar siyahısına salıb. Moskva iki ay öncə Ukraynanın işğalına başlayandan fərqli düşünənlərə təzyiqləri gücləndirib.

Nevzorovun adı mayın 4-də Daxili İşlər Nazirliyinin axtarışda olanların siyahısında peyda olub. Nazirlik hazırda Rusiyadan kənarda olan keçmiş deputatın “Rusiya silahlı qüvvələri barədə saxta informasiya yaymaqda” şübhəli bilindiyini bildirib.

Təhqiqat aparılır

İstintaq Komitəsi martın 22-də Nevzorov barədə təhqiqat açdığını açıqlamışdı. Səbəb onun Instagram YouTube-da silahlı qüvvələri Ukraynanın Mariupol şəhərində doğum evinə hücuma görə tənqid etməsi idi. Hücumda xeyli sayda dinc sakin öldürülmüşdü.

Prezident Vladimir Putinin martın əvvəlində imzaladığı qanunla Rusiyanın hərbi əməliyyatları barədə “bilərəkdən saxta informasiya”ya görə uzunmüddətli həbs cəzasını təsdiqləyib. Kreml bununla Ukraynadakı müharibə haqda informasiyanı nəzarətdə saxlamağa çalışır.

Qanunda fərdlər üçün 10 ilədək həbs, Rusiya ordusu haqda “ciddi nəticələrə səbəb olan” “qəsdən saxta informasiya”nın yayılmasına görəsə 15 il həbs nəzərdə tutulur.

“Rusiya əsgərlərindən Rusiyanın maraqlarını qorumaq üçün istifadəyə qarşı çaığırışlar”a, “belə istifadəni gözdən salmağa görə” üç ilədək həbs kəsilə bilər. Eyni maddə Rusiyaya qarşı sanksiyalara çağırışlara da aiddir.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button