En son xeberler

Slovakiya və Macarıstan Rusiya neftinə embarqoya qoşulmurlar

Macarıstan Slovakiya Rusiya neftinin idxalından çox asılı olduqlarını bildirirlər

Slovakiya Macarıstan bildiriblər ki, onlar neft embarqosu da daxil Rusiyaya qarşı enerji sanksiyalarını dəstəkləməyəcəklər.

Bundan əvvəl Avropa İttifaqı bildirmişdi ki, Rusiyaya qarşı sanksiyaların 6-cı paketini hazırlayır.

Macarıstan Slovakiya Rusiya neftinin idxalından çox asılı olduqlarını bildirirlər.

Slovakiyanın iqtisadiyyat naziri Riçard Sulik deyib ki, ölkəsinin yeganə neft emalı müəssisəsi – Slovnaftı Rusiya neftindən ayırıb başqa mənbəyə qoşmaq üçün illər lazım gələ bilər.

Macarıstan da Rusiya neftindən son dərəcə asılıdır. Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib ki, onun ölkəsi Rusiyadan Macarıstana neftin nəqlini qeyri-mümkün edən heç bir sanksiyaya qoşulmayacaq.

Mayın 3-də Qazaxıstana səfəri zamanı danışan Siyarto deyib ki, Macarıstan onun iqtisadiyyatının işləməsi Rusiya nefti olmadan mümkün deyil.

Putinin gəlir kanallarını kəsmək

Avropa Komissiyasının Rusiyaya qarşı sanksiyalar paketinə Rusiya neftinə mərhələli embarqo qoyulması daxil ola bilər.

Avropa İttifaqının 27 üzvü bu təklifin müzakirəsinə mayın 4-də başlayacaq, lakin debatların bir neçə gün davam edə biləcəyi gözlənilir.

Aİ-nin xarici işlər komissarı Josep Borrel deyib ki, ittifaqın icra qolu Rusiyaya qarşı yeni sanksiyaların paketini hazırlayıb bu təkliflərə neft embarqosu da daxildir.

Borrel özünün Twitter hesabından yazıb ki, Aİ-nın 6-cı sanksiya paketinə daha çox Rusiya bankının SWIFT sistemindən çıxarılması neft embarqosu daxildir.

SWIFT sistemindən dünyanın 200-dək ölkəsində beynəlxalq köçürmələr ödənişlər üçün istifadə olunur.

Bundan əvvəlki sanksiyalarla Rusiyanın bir neçə bankı artıq bu sistemdən çıxarılıb.

Neft embarqosuna tərəfdar ölkələr bildirirlər ki, onların məqsədi Rusiyanın Ukrayna müharibəsini maliyyələşdirməsinin kanallarını kəsməkdir.

Polşa Baltik ölkələri Rusiya neftinə tam embarqo qoyulmasına tərəfdardırlar. Almaniya da mayın 2-də neft embarqosuna dərhal qoşula biləcəyini deyib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button