En son xeberler

Rusiya XİN ‘yəhudi söhbətini’ uzadır

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, İsrail hökuməti “Kiyevdəki neonasist rejimin” dəstəklənməsi kursu yürüdür
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, İsrail hökuməti “Kiyevdəki neonasist rejimin” dəstəklənməsi kursu yürüdür.
Bu bəyanatda İsrailin xarici işlər naziri Yayir Lapidin Holokost zamanı yəhudilərin özlərini öldürmədiklərinə dair bəyanatı “antitarixi” adlandırılır.
Rusiya XİN-in bu bəyanatı nazirliyin rəsmi Twitter hesabında yerləşdirilib.
Rusiya XİN-in məlumatında II Dünya Müharibəsi zamanı yəhudilərin nasistlərlə əməkdaşlığına iki misal gətirilir.
Bu məlumatlardan belə bir nəticəyə gəlinir ki, Volodimir Zelenskinin neonasist ölkənin prezidenti olması mümkündür.
Bundan başqa Rusiya XİN yəhudi kökənli Latviya prezindeti Egils Levitsi də neonasizmdə ittiham edir.
Rusiya XİN də tarixi araşdırma aparır
Bəyanatda deyilir ki, yəhudilərin nasistlərə dəstək verməsi “marginal fenomendir”, amma bu mövzu qadağan deyil “tədqiqat predmetidir”.
Sənəddə İsrail qəzetindəki bir yazıya istinad edilir:
“Polşanın baş naziri Mateuş Moravetski deyir ki, Holokostun həyata keçirilməsinə kömək edənlər arasında polyaklar, ruslar, ukraynalılar almanlarla yanaşı yəhudilər də olublar. İsrail tarixçiləri deyirlər ki, bu, qatillərlə onların qurbanları arasında sərhədin silinməsinə xidmət edən kampaniyanın bir hissəsidir”.
Rusiya XİN bununla da kifayətlənmir:
“Əgər II Dünya Müharibəsində bəzi yəhudilər cinayətlərdə məcburən iştirak ediblərsə, amma öz kökləri ilə spekulyasiya edən Zelenski bunu tamamilə şüurlu könüllü şəkildə edir”.
Rusiya XİN iddia edir ki,Ukrayna prezidenti öz mənşəyinin altında gizlənir öz xalqının cəlladlarını da bununla gizlədir”.
Rusiyanın müharibə bəhanəsi
Mayın 2-də İsrail siyasətçiləri, rəsmiləri ictimai xadimləri Rusiya xarici işlər naziri Sergey Lavrovun yəhudilər barədə bəyanatına etiraz etmişdilər.
Sergey Lavrov demişdi ki, nasist Almaniyasının füreri Adolf Hitlerin də yəhudi kökləri ola bilərdi.
Nazirin bu iddiası tarixi faktlarla təsdiqlənmir.
Lavrov habelə iddia etmişdi ki, ən qatı antisemitlərin arasında çox sayda yəhudi olub.
İsraildə Lavrovun bu bəyanatı hiddətlə qarşılanıb, antisemitizm iqrçilik nümunəsi kimi pislənib.
Rusiya Ukraynaya qarşı təcavüzünü guya bu ölkəyə neonasistlərin rəhbərlik etməsi ilə əsaslandırmağa çalışır.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button