En son xeberler

Ankara və Yerevan münasibətlərin tam normallaşmasına hazırdırlar

Ermənistan Xarici İşlər Nazirliyi mayın 3-də bildirib ki, bu razılaşma iki ölkə arasında sərhədin açılması ilə nəticələnə bilər
Ermənistan Türkiyə iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə danışıqların heç bir ön şərt qoyulmadan davam etdirilməsinə razılaşıblar.
Ermənistan Xarici İşlər Nazirliyi mayın 3-də bildirib ki, bu razılaşma iki ölkə arasında sərhədin açılması ilə nəticələnə bilər.
İmzaladıqları birgə bəyanatda Ermənistan Türkiyə xüsusi nümayəndələri Ruben Rubinyan Serdar Kılıc “iki ölkə arasında münasibətlərin tam normallaşdırılmasının son məqsəd olduğunu” təsdiqləyiblər.
Ermənistan XİN-in bu barədə bəyanatında deyilir:
“Bu məsələdə əsaslı prosesə nail olunması üçün addımlar müzakirə olunub. Tərəflər bu prosesin heç bir ön şərtlər qoyulmadan davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər”.
Ermənistan Türkiyə arasında hazırda diplomatik münasibətlər yoxdur. İki ölkə arasında sərhədlər bağlıdır.
Ermənistan cəmiyyətində 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş qətliamlara görə Türkiyəyə münasibətdə inamsızlıq var.
Lakin 2021-ci ilin dekabrında Ermənistan parlamenti spikerinin müavini Rubinyan Türkiyənin ABŞ-dakı keçmiş səfiri Kılıc iki ölkə arasında münasibətlərin normallaşdırılması danışıqlarının aparılması üçün xüsusi nümayəndə təyin ediliblər.
Bu prosesə Ermənistanın müttəfiqi Rusiya Türkiyənin müttəfiqi Azərbaycan da müsbət yanaşdıqlarını bildiriblər.
Rubinyan Kılıc bundan əvvəl iki dəfə – Moskvada Vyanada görüşüblər.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button