En son xeberler

Donbasda Rusiyanın hücumu onun planı üzrə getmir?

Pentaqon rəsminin fikincə, paytaxt Kiyevi zəbt etmək planları iflasa uğradıqdan sonra Rusiya qoşunları yalnız cüzi nizamsız irəliləyişə nail ola bilib

Rusiyanın Ukraynanın Donbas regionu üzərində nəzarətin tam ələ alınması üçün apardığı hərbi kampaniya Moskvanın qrafikindən geri qalır.

BBC Pentaqon rəsmilərindən birinə istinadən yazır ki, Rusiya qüvvələrinin Donbas regionundakı hücumu ləng zəifdir.

Həmin rəsminin fikincə, paytaxt Kiyevi zəbt etmək planları iflasa uğradıqdan sonra Rusiya qoşunları yalnız cüzi nizamsız irəliləyişə nail ola bilib.

Pentaqon rəsmisinin sözlərinə görə Rusiya qoşunları arxa cəbhədəki təchizat xəttindən aralı düşməkdən çəkinir:

“Biz inanırıq ki, onlar daha davamlı, daha geniş daha uzunmüddətli hücuma hazırlaşmağa çalışırlar”.

Azı bir neçə gün gecikmə

Pentaqon inanır ki, Rusiya qoşunları onlar üçün qoyulmuş hədəfdən ən azı bir neçə gün geri qalır.

Hazırda Rusiyanın Ukraynanın şərqində cənubunda 92 batalyon taktiki qrupu var.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə bu qüvvələrin böyük bir qismi sərhədin Rusiya tərəfində qalır.

Pentaqon bildirir ki, müdaxilənin ilk fazasında məruz qaldıqları ağır itkilərə görə bu taktiki qruplar artıq tam güclərində deyillər.

Rusiyanın canlı qüvvəsi tükənir

Bu arada Londondakı King’s College universitetinin hərbi eksperti, professor Mayk Martin bildirib ki, Rusiyanın Donbasdakı hücumu artıq divara dirənib region uğrunda döyüşlər bir neçə həftə ərzində başa çata bilər.

Hərb araşdırmaları professoru deyib:

“Əslində Rusiyanın canlı qüvvəsi tükənəcək ukraynalıların əks-hücumu başlanacaq”.

Ekspert inanır ki, Rusiya Donbası ələ keçirmək üçün yeganə imkanını artıq tükəndirib:

“Onlar artıq döyüşdə əzişdirilmiş qüvvələrini Kiyev ətrafından çıxararaq onları şərqdə yenidən döyüş üçün qruplaşdırmağa çalışıblar”.

“Strateji dəyişiklik”

Professoir Martinin fikrincə bu qüvvələr artıq tam gücü ilə döyüşəcək vəziyyətlərində deyillər.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button