En son xeberler

Putinin builki 9 may paradında xarici dövlət başçıları olmayacaq

Meduza saytı Peskova istinadən yazır ki, builki 9 maya heç Putinin müttəfiqi Alyaksandr Lukaşenka da dəvət olunmayıb

Moskvada mayın 9-da keçiriləcək hərbi parada xarici dövlət başçılarından heç kim gəlməyəcək.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bunu belə izah edib ki, “builki 9 may yubiley tarixi deyil” buna görə də Kreml xarici liderləri parada dəvət etməyib.

Meduza saytı Peskova istinadən yazır ki, builki 9 maya heç Putinin müttəfiqi Alyaksandr Lukaşenka da dəvət olunmayıb.

AzadlıqRadiosunun Rus xidmərti yazır ki, Dmitri Peskovun izahatına rəğmən Kreml hər il “yubiley ili” olub-olmamasına baxmayaraq 9 may paradına dünya liderlərini dəvət edib.

2014-dən sonra…

Bu paradlardan ən mötəbəri 2005-ci ildə olub. O vaxt Rusiya II Dünya Müharibəsində qələbənin 60 illiyini qeyd edirdi.

Həmin ilin paradına ovaxtkı liderlər – ABŞ prezidenti Corc Buş, Fransa prezidenti Jak Şirak, Almaniya kansleri Gerhardt Şröder, Çin lideri Hu Tzintao, İtaliyanın Yaponiyanın baş nazirləri Silvio Berluskoni Cuniçiro Koyzumi gəlmişdilər.

Qələbənin 70-ci ildönümü 2015-ci ilə, Rusiyanın Krımı qanunsuz ilhaq etməsindən bir il sonraya təsadüf etmişdi.

Qərb ölkələrinin liderləri bu parada dəvətdən imtina etmişdilər.

Buna baxmayaraq demək olar hər ilin 9 mayında Qırmızı meydanda keçirilən paradlarda xarici liderlərdən kimsə iştirak edib.

Məsələn ötən il Moskva paradına yalnız Tacikistan prezisdenti Emomali Rahmon gəlmişdi.

Xəbər verilir ki, bu il keçiriləcək 9 may paradında 11 min hərbçi iştirak edəcək.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button