En son xeberler

Polşa Ukraynaya 200-dən çox T-72 tankı verib

Hazırda Ukrayna ordusunun 400 bu markadan olan tankı var

Polşa Ukraynaya 200-dən çox sovet istehsalı olan T-72 tankı, habelə onlarca PDM verib.

Ümumiyyətlə Rusiyanın Ukraynaya hücumu başlanandan bəri Polşadan Ukraynaya 1.5 milyard avro dəyərində hərbi texnika avadanlıq verilib.

Polşa Müdafiə Nazirliyinin məlumatına görə Ukraynaya indiyədək Polşadan “Qrad” yaylım atəşi sistemləri, MiG-29 Su-27 qırıcıları üçün “göy-göy” raketləri çatdırılıb.

Bütün bunlardan başqa Polşa Ukraynaya özünün istehsalı olan WB Electonics kəşfiyyat dronları verib.

Polşa radiosunun verdiyi məlumata görə Çexiya da Ukraynaya T-72 tankları göndərib.

Hazırda Ukrayna ordusunun 400 bu markadan olan tankı var.

Sovet tankı

T-72 tankının işlənməsinə 1967-ci ildə Sovet İttifaqında başlanıb.

1973-cü ildə bu tanklar sovet ordusunun cəbbəxanasına verilib.

Tankların seriya istehsalına da elə 1973-cü ildə Uralvaqonzavodda Çelyabinsk Traktor Zavodunda (ÇTZ) başlanıb.

Kütləvi istehsal 1990-cı illərdə dayandırılıb. İndiyədək ümumilikdə 30 min T-72 tankı istehsal olunub.

Sovet tanklarından Şərqi Avropanın bir sıra ölkələrinin ordularında istifadə edilirdi. Bunlar əsasən sosialist bloku olan Varşava paktına daxil ölkələr idi.

Ukraynaya daha çox sovet hərbi texnikasının verilməsinə səbəb Ukrayna hərbçilərinin bu texnikadan istifadəni bacarmasıdır.

Lakin indi getdikcə daha çox Ukrayna hərbçisi NATO Qərb hərbi texnikası ilə işləmək üçün təlim keçir.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button