En son xeberler

iPhone-ların fərdi təmirləri üçün olan təmir alətləri komplektinin fotosu ortaya çıxıb

    Dünən xəbər verilmişdi ki, Apple şirkəti iPhone-ların istifadəçilər tərəfindən fərdi şəkildə təmir edilməsi xidmətini rəsmi olaraq istifadəyə verib. Sözügedən xidmət hələ ki, ABŞ-da aktivləşdirilib. iPhone 12, iPhone 13 iPhone SE (2022) smartfonlarının istifadəçiləri Apple şirkətinin yeni internet mağazasından smartfonlar üçün nəzərdə tutulmuş detalları sifariş edə fərdi şəkildə iPhone-ları təmir edə bilərlər. Bundan əlavə olaraq Apple həmin detallarla birlikdə təmir üçün nəzərdə tutulmuş alətlərin icarəsini də təklif edir. İndi isə həmin alətlərdən ibarət komplektlərin fotosu ortaya çıxıb. Qeyd etmək lazımdır ki, təmir komplektinin 1 həftəlik icarəsi 49$-a başa gələcək onların istifadəçilərə çatdırılması pulsuzdur.

    Təmir komplektinin istifadəçilərə pulsuz çatdırılmasının səbəbi isə indi məlum olub. Məsələ burasındadır ki, professional təmir üçün nəzərdə tutulmuş alətlərdən ibarət komplektin həcmi çəkisi olduqca yüksəkdir. Beləliklə sözügedən komplektə iPhone-nun müxtəlif detallarının dəyişdirilməsi üçün nəzərdə tutulmuş təmir alətləri var. Onların arasında ekranın qızdırılması üçün cihaz, batareyanın dəyişdirilməsi üçün press, müxtəlif vintaçanlar var. Bütün bu alətlər böyük ölçülü çantanın daxilinə yerləşdirilib həmin çantanın ölçüsü adi səyahət çantasının ölçüsü ilə eynidir.

    Bununla belə iPhone SE (2022) modelinin fərdi təmiri üçün yalnız bir komplektin lazım olduğu halda iPhone 12 iPhone 13 modellərinin təmirləri üçün iki ədəd komplekt sifariş vermək lazım gələcək. iPhone SE (2022) modeli üçün nəzərdə tutulmuş təmir komplektinin çəkisi 16.3 kq, iPhone 12 iPhone 13 modelləri üçün nəzərdə tutulmuş təmir komplektinin çəkisi isə 19.5 kq təşkil edir. iPhone-ların təmir edilməsindən sonra həmin alətləri şirkətə geri qaytarmaq lazımdır. Bununla belə geri qaytarılma zamanı hansısa alətin komplektdə olmadığı ya zədələndiyi halda Apple əlavə ödəniş tələb edə bilər. Məlumatda qeyd edilib ki, təmir alətlərinin göndərilməsindən öncə şirkət onları detallı şəkildə yoxlayır.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button