En son xeberler

Alimlər yadplanetli sivilizasiyaların aşkar edilməsi üçün sadə üsul təklif ediblər

    Tədqiqatçılar düşünürlər ki, uzaq planetlərdə inkişaf etmiş sivilizasiyaların texnoloji əlamətlərini bioimzalardan (həyatın keçmişdə ya indiki zamanda mövcudluğunu elmi cəhətdən sübut edən istənilən həyat fəaliyyəti nəticələrinin təzahürü) daha tez tapmaq mümkündür. Bu cür nəticəyə SETI İnstitutunun tədqiqatçıları gəliblər. Qeyd etmək lazımdır ki, SETI İnstitutu vergilərdən zad edilmiş qeyri-kommersiya məqsədli elmi-tədqiqat təşkilatıdır onun əsas məqsədi kainatda həyatın yaranması yayılmasının tədqiq edilməsindədir. Pensilvaniya Universitetindən olan astronom Jason Wright öz həmkarları ilə birlikdə düşünür ki, yadplanetli texnologiyalar bioimzalardan fərqli olaraq daha geniş yayılıb onları aşkar etmək daha asan prosesdir. Bunlara başqa cür texnoimzalar da deyilir. Bunların sırasına yadplanetli radiosiqnallar, kosmik gəmilər, planetlərdəki süni işıq mənbələri çirkləndirilmiş atmosfer var.

    Bütün bu göstəricilər yadplanetli sivilizasiyanın mövcudluğuna dair ilk sübutlar ola bilərlər. Wright öz komandası ilə birlikdə güman edir ki, texnoimzaların aşkar edilə biləcəyi planetlər hətta ulduz sistemlərinin sayı bioloji həyat növü əlamətlərinə sahib planetlərin sayından daha çoxdur. Nəzəriyyəyə əsasən texnoloji inkişaf etmiş yadplanetli sivilizasiyanı Yer kürəsindən aşkar etmək daha asandır. Şüurlu həyat forması radio qəbulediciləri, lazerləri, kosmik gəmiləri hətta Dayson kürəsini (Frimen Dayson tərəfindən təklif edilmiş astromühəndislik layihəsi / Mərkəzində ulduzun olduğu geniş radiuslu kürə formalı nazik kosmik konstruksiya) yarada bilərlər. Bu halda həmin sivilizasiyalar fərdi texnologiyalarını təkcə öz planetlərinə deyil, həmçinin qonşu planetlərə hətta digər ulduz sistemlərinə də yaymış ola bilərlər.

    Texnologiyalar hətta onları yaratmış sivilizasiyalardan sonra da mövcudluqlarını davam etdirərək kosmosa texnoimzaları göndərə bilərlər. Astronomlar bu məsələdə insan sivilizasiyasını misal gətiriblər. Belə ki, insan sivilizasiyasının texnologiyaları artıq Günəş sisteminin digər planetlərində mövcuddurlar. Hətta insan sivilizasiyasının bəzi texnologiyaları artıq Günəş sisteminin sərhədindən o tərəfində də yerləşirlər. Jason Wright qeyd edib ki, Günəş sistemində həyat növü yalnız bir planetdə mövcuddur yalnız o, bioimzaya sahibdir. Lakin buna baxmayaraq bizim sivilizasiya artıq Venera, Mars Yupiter kimi planetlərə öz aparatlarını göndərib. Keçən əsrdə kosmosa göndərilmiş Voyager aparatları isə artıq uzun müddətdir ki, Günəş sistemindən kənarda səyahət edirlər. Tədqiqatçıların sözlərinə əsasən yadplanetli sivilizasiyalar bizim kosmik texnologiyalarımızı artıq aşkar etmiş ola bilərlər.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button