En son xeberler

Paşinyanın kortejindəki maşın hamilə qadını vurub

28 yaşlı Sona Mnatsakanyanın onun bətnindəki uşağın həyatını xilas etmək mümkün olmayı

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, baş nazir Nikol Paşinyan onun kortejindəki avtomobillərdən birinin vurduğu hamilə qadının atasına zəng edərək başsağlığı verib.

Paşinyan qadının atasına deyib ki, bu insident obyektiv şəkildə araşdırılacaq.

Bu barədə məlumatı baş nazir administrasiyası rəhbərinin müavini Taron Çaxoyan verib.

Azatutyun yazır ki, Yerevandakı Paronyan Leo küçələrinin kəsişməsində avtomobillə vurulmuş 28 yaşlı Sona Mnatsakanyanın onun bətnindəki uşağın həyatını xilas etmək mümkün olmayıb.

Qadın siyasi fəal olub

Bu da xəbər verilir ki, gənc qadın “Support Our Heroes” (Qəhrəmanlarımıza dəstək verək) təşkilatının təsisçilərindən biri Qarabağda tikilməkdə olan Tever mərkəzi üçün proqramların rəhbəri idi.

Aprelin 27-də hadisədən 24 saat sonra baş nazirin ofisindən insident vaxtı Paşinyanın kortejdəki maşınlardan birində olduğunu təsdiq ediblər.

Çaxoyan bunu da bildirib ki, baş nazir yolun kənarında yıxılan qadını görüb təcili yardım çağırılmasına göstəriş verib, habelə Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.

Bu da qeyd olunur ki, hadisəni törədən avtomobil insidentdən sonra dayanmayıb yoluna davam edib.

Həmin maşının sürücüsü – yol polisinin korteji müşaiyət edən rotasının komandiri hadisə yerinə yalnız iki saatdan sonra qayıdıb.

Həmin şəxsin yol hərəkəti təhlükəsizliyi qaydalarını pozması şübhəsi ilə saxlandğı xəbər verilir.

Paşinyan sarsıntı keçirir

Azatutyun yazır ki, media sosial şəbəkələrdə hadisəni əks etdirən ziddiyyətli videogörüntülər yayılıb.

Bunlardan bəzilərində qadının çaşqınlıqla yolu keçməyə çalışdığı, hadisədən sonra isə baş nazir kortejinin dayanmadan yoluna davam etdiyi görünür.

Azatutyun yazır ki, hadisə törədiləndən sonra kortejin niyə dayanmadığı barədə suala cavab verən Çaxoyan deyib:

“Bu halda bütün maşınlar dayanar yolda, habelə başqa küçələrdə əlavə tıxac yaranar beləliklə təcili yardım maşının gəlməsinə maneçilik törənərdi”.

İqtidar deputatlardan bəziləri baş nazirin hadisə ilə bağlı sarsıntı keçirdiyini bildiriblər.

Azatutyun yazır ki, hələ 2019-cu ildə baş nazir Nikol Paşinyan öz hökumətinin 100 nailiyyəti sırasına onun kortejinin qırmızı işıqda dayanmasını daxil etmişdi.

Taron Çaxoyan jurnalistlərə deyib ki, “Paşinyan maşın sürmür hər hansı avtomobilin sükanı arxasında olmayıb”.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button