En son xeberler

Bu, nə zaman baş verəcək?

    NASA mütəxəssislərinin fikirlərinə əsasən Marsın Fobos adlı peyki planet ətrafındakı dövretmə trayektoriyasını olduğu kimi saxlasa, nəticədə o, Mars ilə toqquşacaq. Lakin bu, yaxın gələcəkdə baş verməyəcək. Fobos peyki Mars ətrafında dövr edən zaman onun qravitasiyası Marsın daxili hissəsinə kiçik təsir göstərir. Nəticədə Mars qabığında mantiyasında olan dağ süxurları dəyişikliyə məruz qalırlar. Eyni zamanda Marsın qravitasiyası ləng şəkildə Fobosun trayektoriyasını dəyişir. Alimlərin fikirlərinə əsasən Fobos bir neçə 10 milyon ildən sonra Mars ilə toqquşacaq.

    Bu toqquşmanın yaxın gələcəkdə baş verməyəcəyina baxmayaraq alimlər əmindirlər ki, başqa variant yoxdur. Gec ya tez bu hadisə baş verəcək. Buna baxmayaraq alimlər Fobosun mövcudolma dövrünün bitməsi üzrə bir neçə variantı irəli sürüblər. Bəzi alimlərin fikirlərinə əsasən bu toqquşmadan sonra Fobos parçalara ayrılacaq həmin parçalar Marsın səthi üzrə paylanacaqlar.

    Digərləri isə düşünürlər ki, Fobos məhz Mars istiqaməti üzrə yolda parçalanacaq nəticədə Fobosun parçaları Mars ətrafında halqa yaradacaqlar. Fobos artıq uzun müddətdir ki, alimlərin maraqlarını cəlb edir. Belə ki, sözügedən kosmik obyekt qeyri-adi orbitə sahibdir. Onun tərkibi mənşəyi barəsində məlumat isə hələ çox azdır. Kartofu xatırladan qəribə formaya sahib Fobos Mars ətrafında planetin öz oxu ətrafında fırlanmasından daha tez dövr edir. Buna görə də Marsda Fobosun doğuşunu qürubunu sutkada iki dəfə müşahidə etmək mümkündür. 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button