En son xeberler

Ukrayna öz hava məkanına əsasən nəzarət edir

Gazprom şirkəti isə aprelin 27-də Bolqarıstan Polşaya qaz təchizatını tamamilə dayandırdığını açıqlayıb. Səbəb bu ölkələrin qaz üçün rublla ödəniş etməməsidir

Ukrayna hava məkanının əsas hissəsinə nəzarəti bərpa edib, çünki Rusiya ölkənin havadan müdafiə sistemlərini sıradan çıxara bilməyib. Məlumatı Britaniya kəşfiyyatı aprelin 27-də yayıb.

“Rusiyanın Ukraynanın şimalına qərbinə çıxışı məhduddur… Hazırda Rusiyanın havadan fəaliyyəti əsasən Ukraynanın cənubuna şərqinə yönəlib, Rusiyanın quru qüvvələrinə dəstək verir”, – Britaniyanın Müdafiə Nazirliyi gündəlik bülletenində qeyd edib.

Moskvanın Ukraynada hərbi obyektləri logistika infrastrukturunu da hədədə aldığı vurğulanır.

Məlumatda o da qeyd olunur ki, dinc sakinlər arasında ölüm riski böyükdür, Rusiya Ukraynanın mühasirədə olan Mariupol şəhərinə əsasən sərbəst düşən bombalar atır.

“Bu silahlar Rusiyanın hədəfi fərqləndirmək qabiliyyətini azaldır, dinc sakinlər arasında ölüm riskini yüksəldir”, – nazirlik vurğulayır.

Gazprom-un bəyanatı

Gazprom şirkəti isə aprelin 27-də Bolqarıstan Polşaya qaz təchizatını tamamilə dayandırdığını açıqlayıb. Səbəb bu ölkələrin qaz üçün rublla ödəniş etməməsidir.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayandan bəri Polşa Bolqarıstan Avropa İttifaqı ərazisində qazı kəsilən ilk ölkələrdir.

Hər iki ölkə aprelin 26-da bildirib ki, Gazprom bu gündən onları təbii qaz təchizatını dayandıracağı haqda bilgiləndirib.

Aİ Rusiyanın Ukraynaya səbəbsiz təcavüzünü pisləyib. Prezident Vladimir Putin ötən ay deyirdi ki, “qeyri-dost” xarici alıcılar qaz üçün dollar avroyla deyil, rublla ödəniş etməli olacaqlar.

Aİ-nin bir çox üzvləri Putinin bəyanatını rədd edib, valyutanı dəyişməyi kontraktı pozmaq kimi dəyərləndirib.

Real vəziyyət necədir

Aprelin 27-də səhər, Gazprom-un açıqlamasından öncə Polşaya qaz təchizatı sıfıra düşüb, sonradan yenidən qalxıb.

Bolqarıstanın “Bulgartransgaz” operatoru isə aprelin 27-də bildirib ki, daha öncəki təhdidlərə baxmayaraq, Rusiyadan qaz təchizatı davam edir.

Aİ-nin digər üzvü Macarıstanın aprelin 27-də bildirdiyinə görə, Serbiya Bolqarıstan ərazisindən Rusiya qazını almaqdadır.

Macarıstanın Baş naziri Viktor Orban Putinin dostudur Rusiya qazını rublla almağa razılıq verən azsaylı ölkələrdəndir.

Avstriya da aprelin 27-də Rusiyadan qaz təchizatının məhdudlaşmadığını bildirib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button