En son xeberler

Nazarbayevin ‘Elbası’ titulu ləğv olunacaq

“Elbası” titulu Nazarbayevə hətta 2019-cu ildə prezident postundan getdikdən sonra da hüdudsuz hakimiyyət verirdi

Qazaxıstan keçmiş prezident Nursultan Nazarbayevin “elbası” titulunu ləğv etmək istəyir.

Qazaxıstan parlamentinin aşağı palatası – Məclisin sədri Erlan Qoşanov aprelin 27-də jurnalistlərə deyib ki, hazırda hökumət komissiyası Nazarbayevin adını “müstəqil Qazaxıstanın qurucusu” kimi təsbit edən qanuna dəyişiklik üzərində işləyir.

Millət vəkili bildirib ki, bu dəyişiklik “birinci prezident – elbası” haqqında qanun maddəsinin ləğvinə səbəb olacaq.

“Elbası” titulu Nazarbayevə hətta 2019-cu ildə prezident postundan getdikdən sonra da hüdudsuz hakimiyyət verirdi.

Qoşanov deyib:

“Beləliklə “elbası” titulu ləğv olunacaq…Prezidentlər haqqında qanuna əsasən birinci prezident sadəcə olaraq keçmiş prezident kateqoriyasına düşəcək, amma adı konstitusiyada saxlanacaq”.

81 yaşlı Nazarbayev prezident postundan 2019-cu ilin martında istefa verib uzun müddət onun varisi sayılan Kasım-Jomart Tokayev prezident seçilib.

Buna baxmayaraq Nazarbayev elbası titulunu Təhlükəsizlik Şurasının sədri vəzifəsini özündə saxlayıb.

Beləliklə, Nazarbayevin çoxsaylı qohumları da hökumətdə, təhlükəsizlik orqanlarında gəlirli enerji şirkətlərində mühüm vəzifələrini saxlaya biliblər.

Nazarbayevin şəxsi toxunulmazlığı qalacaq

Lakin yanvar ayında yanacaq qiymətlərinin kəskin qalxmasına görə başlanmış aksiyalar ölkəni bürüyən korrupsiya qohumbazlığa qarşı geniş etirazlara çevrilmişdi.

O vaxt Tokayev özü ilə Nazarbayev arasında məsafə yaratmaq üçün bir neçə addımlar atmışdı. Bunlardan biri də Təhlükəsizlik Şurası sədrliyinin Nazarbayevdən alınması idi.

Tokayev bir prezident kimi bu vəzifəni öz üzərinə götürmüşdü.

Birinci prezident haqqında qanun Nazarbayevə onun yaxın qohumlarına həm də toxunulmazlıq verir.

Bu qanuna görə Nazarbayev Konstitusiya Şurasının ömürlük üzvüdür onun “şərəf ləyaqətinə” hər hansı hörmətsizlik cinayət əməli sayılır.

Əgər bu qanun ləğv edilərsə, hakimiyyət Nazarbayevin ailə üzvləri yaxın qohumlarını mühakimə edə biləcək.

Amma bununla belə Nazarbayev adının konstitusiyada olmasına görə şəxsi toxunulmazlığını saxlamaqda davam edəcək.

Kürəkənlər milli sərvət

Sözü gedən etirazlardan dərhal sonra Nazarbayevin iki kürəkıəni – Qayrat Şaripbayev Dimaş Dosanov iki dövlət şirkətində – QazaqQaz KazTransOil şirkətlərindəki vəzifələrindən kənarlaşdırılıblar.

Bu barədə rəsmi məlumat olmasa da, Şaripbayevin Nazarbayevin böyük qızı Dariqanın əri olduğuna inanılır. Dosanov isə Nazarbayevin kiçik qızı Aliyanın əridir.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button