En son xeberler

Instagram-da paylaşımları istifadəçi hesablarında bərkitmək mümkün olacaq

    Verilmiş məlumata əsasən Instagram-da yeni funksiya test olunur həmin funksiya vasitəsilə istifadəçi hesabının yuxarı hissəsində bu ya digər paylaşımı bərkitmək mümkün olacaq. “Pin to your profile” adlı bu yeni funksiya artıq bəzi istifadəçilər arasında istifadəyə verilib. Sözügedən funksiya Twitter TikTok-dakı analoqu kimi çalışacaq. Ayrı-ayrı paylaşımlar istifadəçi hesabının yuxarı hissəsində əks olunacaqlar istifadəçi bu üsul ilə digərlərinin diqqətlərini vacib paylaşımlara çəkmək imkanına sahib olacaq. Nəticədə bu ya digər istifadəçi hesabının abunəçiləri vacib paylaşımı axtarmaq üçün əlavə olaraq ana səhifəni scroll etməli olmayacaqlar.

    Meta şirkəti artıq təsdiqləyib ki, o həqiqətən də bu cür funksiya üzərində çalışır. Bəzi məlumatlara əsasən sözügedən funksiya ilk dəfə yanvar ayında istifadəyə verilmişdi. Hal hazırda Instagram istifadəçiləri öz hesablarında Stories paylaşımlarını bərkidə bilirlər. Bloqqerlər bu funksiyadan məşhur kontentlərin təşkilində istifadə edirlər. Buna misal olaraq keçirilən sorğuları, baş tutmuş hər hansı bir tədbir barəsində hesabatı s. gətirmək olar. Adi paylaşımların da istifadəçi hesablarında bərkidilməsi imkanı istifadəyə veriləndən sonra isə bloqqerlər əlavə gəlir mənbəyinə sahib olacaqlar. Belə ki, onlar öz abunəçiləri üçün ən çox görünən reklam paylaşımlarının qiymətlərini qaldıra biləcəklər.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button