En son xeberler

Gənc qızlar tunelə düşüb qaçdılar

İki gənc qız “20 Yanvar” stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun məlumatına görə, dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb.

Stansiya növbətçisi polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb təhlükəsiz şəraitdə müşayiətlə “20 Yanvar” stansiyasına çıxarılıb.

Qatarların hərəkəti bərpa olunub. Xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button