En son xeberler

DNT ilə RNT-nin yaranması üçün vacib olan 5 birləşmə meteor nümunələrində aşkar edilib

    Panspermiya hipotezininin versiyalarından birinə əsasən Yer kürəsinə bioloji həyat növü kometlər, asteroidlər ya meteorlar tərəfindən daxil edilib. Qeyd etmək lazımdır ki, daha öncə Yer kürəsinə düşmüş meteorlarda alimlər bəzi orqanik birləşmələri aşkar etmişdilər. Onların arasında DNT RNT-nin yaranması üçün lazım olan əsas birləşmələrdən 3-ü də var idi. Söhbət, adenin, quanin urasildən gedir. Bütün bunlar azot əsaslarıdır. Lakin bununla yanaşı DNT RNT-nin yaranması üçün həmçinin sitozin timin də lazımdır. Bütün bu birləşmələr Yer kürəsinə düşmüş daş paçasında aşkar edilsə, əvvəldə qeyd edilmiş hipotezin təsdiqinə bir addım da yaxınlaşmaq mümkün olar.

    Verilmiş yeni məlumata əsasən bu cür araşdırma müsbət nəticə verib. Daha əvvəllər meteor nümunələrində ənənəvi orqanik birləşmələr yüksək temperatura kimi qızdırılmış qarışqa turşusu vasitəsilə axtarılırdı. Belə ki, parçalanmış meteor nümunələri turşu daxilinə yerləşdirilir daha sonra nümunə daxilində ola biləcək bütün orqanik faktorlar əriyəndən sonra analiz aparılır. Nəticədə alimlər adenin, quanin urasili rahatlıqla aşkar edə bilirdilər. Lakin onlar sitozin ilə timinə rast gələ bilmirdilər.

    Aparılmış yeni tədqiqat çərçivəsində isə alimlər meteor nümunəsində ola biləcək orqanik faktorların əriməsi üçün su əsaslı soyuq mayedən istifadə ediblər. Bundan əlavə olaraq onlar analiz çərçivəsində molekulyar tərkibin araşdırılması üçün nəzərdə tutulmuş yüksək həssaslı cihazdan da istifadə ediblər. İstifadə edilmiş bu yeni üsullar özlərini doğruldublar. Belə ki, 3 meteor nümunəsində ilk dəfə olaraq həm sitozin həm də timin aşkar edilib. Bu isə o deməkdir ki, Yer kürəsinə biloji həyat növünü DNT RNT-nin yaranmasına səbəb olan 5 əsas birləşməni özündə daşımış kosmik obyekt gətirmiş ola bilər. Alimlər bu istiqamətdə araşdırmalarını davam edəcəklər.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button