En son xeberler

DİN qarşısında özünü yandıran şəxs hər şeyi bu mənzilə görə edib

Xəbər verdiyimiz kimi, ötən gün 32 yaşlı Türkiyə vətəndaşı​ A.K. Daxili İşlər Nazirliyinin qarşısında üzərinə yandırıcı maye tökərək özünü yandırıb.

Məlum olub ki, bir neçə gün əvvəl ərazi üzrə Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) əməkdaşları onun “Tarqovı”dakı mənzildə qanunsuz inşa etdiyi eyvanı sökməsini tələb edib. A.K. isə bundan imtina edib, nazirliyin qarşısına gələrək özünü yandıracağını bildirib qəfil üzərinə yandırıcı maye töküb.

“Qafqazinfo” sözügedən tikintinin yerləşdiyi əraziyə baş çəkib. Məlum olub ki, A.K. eyvanı Nizami küçəsinə açılan mənzilinə əlavə olaraq eyvan artırıb.

Qonşuların bildirdiyinə görə, həmin şəxs tikinti işlərinə ötən ilin payızından başlayıb. O, mənzili obyekt kimi icarəyə vermək istəyib. Qonşular qeyd ediblər ki, tikinti işinə görə mənzil sahibi ilə MKİS nümayəndələri arasında mübahisələr yaşanıb, dəfələrlə mənzil sahibinə tikintini dayandarmaqla bağlı xəbərdarlıq edilib.

Bina sakinləri həmçinin qeyd ediblər ki, özünü yandıran şəxs həmin mənzildə yaşamayıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button