En son xeberler

ABŞ və Qərb Ukraynada ‘qələbə üçün silahları’ müzakirə ediblər

ABŞ rəsmiləri qeyd edirlər ki, Ukraynada başlatdığı səbəbsiz əsassız müharibə Rusiyanın öz qonşularını təhdid etmək imkanlarını zəiflədəcək
Birləşmiş Ştatlar onun müttəfiqləri aprelin 26-da Almaniyadakı hərbi hava bazasında keçirdikləri iclasda Ukraynaya daha ağır silahların paketi barədə razılığa gəliblər.
Mütəffiqlər habelə bu iclasda Rusiyanın Ukraynanın silahlandırılmasının nüvə müharibəsinə səbəb ola biləcəyinə dair hədəsini rədd ediblər.
Reuters agentliyi yazır ki, ABŞ rəsmiləri bu həftə Ukraynaya dair ritorikalarını bir qədər də gücləndiriblər.
Onlar artıq Ukraynanın təcavüzdən müdafiəsi barədə yox, Rusiya qüvvələri üzərində gələcək qələbəsi barədə danışrılar.
ABŞ rəsmiləri qeyd edirlər ki, Ukraynada başlatdığı səbəbsiz əsassız müharibə Rusiyanın öz qonşularını təhdid etmək imkanlarını zəiflədəcək.
Ukrayna qələbəyə inanır
Bu arada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib ki, Qərbin Kiyevin apardığı siyasət Ukraynanın parçalanması ilə nəticələ bilər.
O Vaşinqtonu ukraynalılar arasında Rusiya ilə bağlı nə varsa hamısına nifrət yaratmaqda ittiham edib.
NATO müttəfiqləri artıq bundan əvvəl Ukraynaya ağır artilleriya dronlar da daxil yüz milyonlarla dollarlıq hərbi yüklərin veriləcəyini təsdiqləyiblər.
Qərb müharibənin ilk fazasında Ukraynaya belə silahların verilməsindən çəkinmişdi.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Almaniyadakı Ramşteyn hərbi hava bazasında etdiyi çıxışda deyib:
“Dünya boyunca ölkələr bizim Ukraynanı Rusiyanın imperialist təcavüzünə qarşı dəstəkləmək qətiyyətimizin ətrafında sıx birləşiblər. Ukrayna qəti şəkildə inanır ki, qalib gələ bilər burada indi hamı buna inanır”.
ABŞ Hərbi Hava Qüvvələrinin baş qərargahı məhz bu bazada yerləşir. Ramşteyndə keçirilən iclasda 40-dək ölkənin nümayəndələri iştirak edirdilər.
Rusiya qüvvələri əldən düşüb?
Reuters xəbər verir ki, Almaniya hökuməti də xarici daxili təzyiqlər altında bundan əvvəlki mövqeyini dəyişib indi Ukraynaya antitəyyarə topları olan Gepard yüngül tankları vermək niyyətindədir.
Kiel (Kil) Universiteti Təhlükəsizlik Siyasəti İnstitutundan Marsel Dirsus deyib ki, burada əsas məsələ Gepard tanklarının döyüşdə iştirakı yox, Almaniyanın bu tankları göndərməyə hazır olmasının verdiyi mesajdır.
Reuters adları açqılanmayan ABŞ rəsmilərinə istinadən yazır ki, Rusiya Ukrayna qüvvələrinin mövqelərini bir neçə istiqamətdən ağır toplardan atəşə tutmaqla quru qüvvələri ilə irəliləməklə Ukrayna qoşunlarını mühasirəyə salmaq məhv etmək istəyəcək.
Lakin Vaşinqtonun təxminlərinə görə Rusiyanın bir çox hərbi birləşmələri artıq sıradan çıxarılıb bəzi məlumatlara görə Rusiya Ukraynadakı hərbi heyətinin 30 faizini itirib.
ABŞ hərbçiləri belə itki ilə uzun müddət vuruşmaq ehtimalının az olduğunu düşünürlər.
ABŞ hərbiyyəsi bidlirir ki, Rusiya tanklarında bəzən onun sürücüsündən başqa heç kim olmur. Başqa təxminlərə görə Rusiya qüvvələrinin istifadə etdiyi silahlar köhnə istifadə üçün yararsızdır.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button