En son xeberler

Tokayev hakim partiya sədrliyindən gedir

Hökumətyönlü Adal (Vicdanlı) partiyası qurultayda Amanat-a birləşəcəyini elan edib

Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev konstitusiya dəyişikliklərinə uyğun olaraq hakim Amanat (Əmanət) partiyasının sədrliyindən gedib. O, addımının siyasi müxtəlifliyi genişləndirəcəyini yol deyir.

Tokayev qərarını aprelin 26-da partiyanın qurultayında açıqlayıb. Martın 1-cən hakim partiya Nur-Otan (Ata yurdun işığı) adlanırdı. Bu ad keçmiş prezident Nursultan Nazarbayevlə assosiasiya olunurdu.

Prezident deyib ki, partiya sədrliyi parlamentin aşağı palatası Məclisin sədri Erlan Qoşanova verilir. Hökumətyönlü Adal (Vicdanlı) partiyası isə qurultayda Amanat-a birləşəcəyini elan edib.

Yanvar etirazları

Yanvarın əvvəlində kütləvi etirazlardan sonra Tokayev özünü Nazarbayevdən uzaq tutmağa çalışıb. Etirazların səbəbləri içində korrupsiyadan dolayı hakim partiyaya qəzəb, Nazarbayevin 2019-cu ildə hakimiyyətdən getməsinə baxmayaraq onun idarəçiliyindən qaynaqlanan nepotizm vardı.

Hakim partiya 1998-ci ildə qurulanda adı Otan (Ata yurd) idi.

Təxminən 30 il hakimiyyətdə olan Nazarbayev qohumlarını əsas vəzifələrə təyin edib, onları sıravi qazaxıstanlıların hesabına varlandırıb.

Yanvar etirazlarından sonra Nazarbayevin bir çox qohumları yaxın müttəfiqləri hökumətdə, təhlükəsizlik agentliklərində, gəlirli enerji şirkətlərində vəzifələrini itiriblər.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button