En son xeberler

Rusiya avtomobil bazarı çökdürülüb – Payızda ciddi hadisələr olacaq

Qərbin sanksiyalarının ən çox təsir etdiyi sahələrdən biri də Rusiyanın avtomobil sənayesidir. Hazırda AvtoVAZ-ın istehsal gücünün 6 faizindən istifadə olunur, UAZ aprelin 30-dan avtomobil istehsalını dayandırır, KamAZ-ın istehsalında problemlər yaranıb, “Toyota”, “Nissan”, “Volksvagen” digər xarici şirkətlər ölkədə avtomobil yığılmasını dondurub.

Bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.

“Rəsmi məlumata görə, bu ilin mart ayında Rusiyada avtomobil istehsalı ötən ilin mart ayı ilə müqayisədə 70,5 faiz, əvvəlki ayla müqayisədə 60,5 faiz azalıb, apreldə istehsalın ötən illə müqayisədə 80 faizdən də çox azalacağı proqnozlaşdılır. Bu tendensiya Rusiyada yeni avtomobillərin qiymət bahalaşmasına, köhnə avtomobillərə də xidmət xərclərinin artmasına gətirib çıxarıb.

Eyni problem bir neçə aydan sonra Rusiya aviasiya gəmiqayırma sənayesində də müşahidə olunacaq. Komplektləşdirici hissələrin təminatında yaranmış problemlər texnoloji məhsul istehsalının dayanmasına məhdudlaşdırılmasına gətirib çıxaracaq ki, bu da milyonlarla iş yerlərinin bağlanması deməkdir. Ən geci payızda Rusiyada tətillər sosial-iqtisadi tələblərlə etiraz aksiyaları kütləviləşəcək”, – ekspert qeyd edib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button