En son xeberler

Mütəxəssislər Windows 11-də olan sistem tətbiqlərinin ümumi həcmlərini təyin ediblər

    Digər əməliyyat sistemləri kimi Windows 11 də özündə sistem tətbiqlərini birləşdirir həmin tətbiqlər kompüterə standart olaraq quraşdırılır. İstifadəçilərdən bəziləri həmin tətbiqlərdən istifadə etdikləri bir vaxtda digərləri ilk imkan tapan kimi onları deaktiv edirlər. Bununla belə bəlkə də çoxlarını maraqlandıran məsələ Microsoft tərəfindən kompüterə quraşdırılan bu cür tətbiqlərin kompüter yaddaşında nə qədər yer tutmalarıdır. Oofhours adlı saytın hesabatı bu məsələyə aydınlıq gətirir.

    Professional mühitdə geniş tələb olunan Powershell adlı alətdən qəliz olmayan skriptdən istifadə edərək Windows 11-də əməliyyat sistemi ilə əlaqəli olan Microsoft tətbiqlərinin yaddaşda nə qədər yer tutduqlarını öyrənmək mümkündür. Oofhours saytı tərəfindən tərtib edilmiş həmin tətbiqlərin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz. Ümumilikdə məlum olub ki, əməliyyat sistemi ilə əlaqəli olan Microsoft tətbiqləri yaddaşda o qədər də çox yer tutmurlar. Məsələn həmin tətbiqlərin arasında yaddaşda ən çox yeri tutanı Microsoft Teams olub. Onun həcmi 91 MB təşkil edir. Bununla belə bəzi tətbiqlərin həcmləri ümumiyyətlə KB göstəricisindədir. Microsoft tətbiqlərinin kompüter yaddaşında tutduqları ümumi yer isə 1.6 GB təşkil edir. 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button