En son xeberler

Hər ay 5 milyard dollar

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna vətəndaşları qarşısında bütün sosial humanitar öhdəlikləri yerinə yetirmək üçün bu ölkənin büdcəsinə ayda 5 milyard dollar daxil olacaq xüsusi inzibati hesab yaradıb.

Bu barədə məlumatı Ukrayna baş naziri Denis Şmıqal yerli mətbuata bildirib.

“Biz Beynəlxalq Valyuta Fondu ilə davamlı əməkdaşlıq edirik. Razılaşmaya görə, Beynəlxalq Valyuta Fondu xüsusi inzibati hesab yaratdı bu hesab vasitəsilə bütün tərəfdaşlarımız dəstək göstərəcək. Həm Fond, həm də Dünya Bankı tərəfindən aylıq 5 milyard dollar vəsait köçürüləcək. Bu, müharibədən əziyyət çəkən dövlətimizin sakinləri qarşısında bütün sosial humanitar öhdəliklərin yerinə yetirilməsi üçün Ukraynanın büdcəsinin tələb etdiyi vəsaitdir”, – Şmıqal bildirib.

O, həmçinin qeyd edib ki, BVF-nin icraçı direktoru Kristalina Georgiyevanın Ukraynada qohumları var buna görə də o, Ukraynadakı vəziyyəti belə dərindən başa düşür.

“Birbaşa Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva da Ukraynadakı vəziyyəti dərindən başa düşür, burada – Ukraynada ailəsi var, onunla faktiki əlaqə saxlayır baş verən bütün hadisələr barədə məlumatlanır. Buna görə də o, həm də emosional olaraq Ukraynaya dəstək verməkdə iştirak edir”, – Şmıqal bildirib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button